Fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb
Cəlilabadda fəhlələri aparan mikroavtobus qəzaya uğrayıb. Hadisə köhnə Ələt-Astara yolunun Cəlilabaddan keçən hissəsində qeydə alınıb.
Avtomobildə olan 13 nəfər Biləsuvarın Zəhmətabad kənd sakinləridir. Fəhlələr axşam saatlarında kartof sahəsindən evə qayıdırmışlar.
Qəzaya səbəb kimi mikroavtobusun sükanında yaranmış problem göstərilir. Avtomobil yol qırağındakı ağaca çırpılıb.
Hadisə zamanı xəsarət alan 8 nəfər – 7 qadın, 1 uşaq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş olan 6 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir, onların vəziyyətləri orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
#Cəlilabad teqi istifadə olunub
- "Girirlər suya, orada batıb qalırlar" | Əhali etiraz edir: "Pensiyaçıyam, girinc qalmışam" - Baku TV
- Cəlilabad və Zaqatalada heyvan bazarlarının fəaliyyətinə icazə verildi - Baku TV
- "50 faizini yandırdı..." | Fermerləri çarəsiz halda qoyan problem nədir? - Baku TV
- Cəlilabadda güclü yanğın ikimərtəbəli evi tamamilə yararsız vəziyyətə saldı - Baku TV
- Cəlilabadda dəhşətli qəza | İçində körpə olmaqla 4 nəfər xəsarət alıb - Baku TV
