FHN Ağsuda qəsdən yanğıntörətmə faktının üstünü açdı
Ağsu rayonu, Pirhəsənli kəndi ərazisində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı fərdi yaşayış evləri və meşə zolağına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. Belə ki, xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin İmdad Adıgözəl oğlu Abasov tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.
Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.