Pleyeri seçin:
FHN İmişlidə itkin düşən məktəbli barədə yeni görüntülər yaydı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il dekabrın 26-da İmişlinin Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 11 yaşlı Rasim Xankişiyevin axtarışları intensiv şəkildə davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hazırda qurumun Mülki müdafiə qoşunları, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Ümumilikdə axtarış-xilasetmə əməliyyatlarına 75 nəfərdən ibarət şəxsi heyət, 2 xüsusi təlim görmüş it, 13 ədəd xüsusi texnika və nəqliyyat vasitəsi cəlb olunub.
Kopyalandı
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV
- Abşeronda evdə partlayış: yaralıların vəziyyəti haqqında TƏBİB-dən açıqlama - Baku TV CANLI
- Yanğınsöndürənlərin gərgin mübarizəsi davam edir - Baku TV
- Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
