Hadisə
Pleyeri seçin:
Fransada jurnalistə hücum edib, xəsarət yetirdilər
Fransada Azərbaycan Televiziyasının əməkdaşlarına hücum olub. Hadisə ilə bağlı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC bəyanat yayıb.
Bəyanatda baş verənlər şiddətlə qınanılır, hadisə yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadığına, azad jurnalistika fəaliyyətinə basqı hesab edilir.
“Fransanın hüquq-mühafizə orqanlarından bu hadisəni obyektiv araşdırmağı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilərək cəzalandırılmasını və dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməyi tələb edirik”, – deyə bəyanatda vurğulanıb.
Kopyalandı
Seçilmişlər