Gədəbəydə namus davası üstündə utancverici əməl | Qayınanasının ayağından...
Gədəbəydə həmkəndlisini alçaldan şəxslər saxlanılıblar.
Hadisə rayonun Arıqıran və Əyrivəng kəndlərinin ərazisində qeydə alınıb.
Rayonun Çobankənd kənd sakini Səddam Əliyev Arıqıran kənd sakinləri – Təgin Əliyev və Cəbrayıl Hüseynovla birlikdə həmkəndliləri Kazımov soyadlı şəxsi döyərək boğazına ip keçiriblər. Daha sonra həmin şəxslər Kazımovu sürüyərək kənd ərazisində gəzdirib və Səddam Əliyevin qayınanasının ayağından zorla öpdürərək əzab veriblər.
Polis əməkdaşları tərəfindən hər üç şəxs saxlanılıb.
Məlumata görə, hadisəyə səbəb Kazımovun Səddam Əliyevin həyat yoldaşına söz göndərməsi olub. Bundan sonra Səddam Əliyev qadının əmisi oğlu Təgin Əliyev və sonuncunun dostu Cəbrayıl Hüseynovla birlikdə Kazımovu cəzalandırmaq qərarına gəliblər.
