Quldurluqda şübhəli bilinən 55 yaşlı şəxs barəsində həbs qətimkan tədbiri seçilib
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 7-də səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, bir qadın yaşadığı evə doğru gedərkən naməlum şəxs yaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib. O bu yolla qadına məxsus 1300 manat dəyərində iki qızıl üzüyü və çantasındakı 50 manatını talayaraq hadisə yerindən qaçıb.
Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və quldurluqla əlaqəli cinayətlərə görə məhkum olunan 55 yaşlı Zaman Bayramov polis əməkdaşları tərəfindən Tərtər rayonunda müəyyən edilərək saxlanılıb.
Aparılan araşdırmalarla saxlanılan şəxsin taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazasında satdığı məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
#Nizami rayonu teqi istifadə olunub
- Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV
- “Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV
- Yaşadıqları binanın bloklarına kanalizasiya suları yığılır
- "Buradan keçən ağzını tutub keçir" | Əhali narazıdır: "Yalandan yazır ki, 10 dəfə etmişik" - Baku TV
- "Vermirsənsə, başqa kişinin oğlu gəlsin..." | Sakinlər və MTK arasında qalmaqal - Baku TV
