Pleyeri seçin:
Gəncədə kişi meyiti tapıldı | Araşdırma aparılır
Gəncədə Əbdülkərim Mehmandarov küçəsindən kişi meyiti tapılıb.
Su kanalından aşkarlanan cəsədin 55 yaşlı Tahir Hüseynova aid olduğu müəyyən edilib.
Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
İlkin baxış zamanı Tahir Hüseynovun meyitinin üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Kopyalandı
#Gəncə teqi istifadə olunub
- Elm və təhsil nazirinin Gəncədə məzunlarla rəqs etdiyi anlar
- Gəncədə dəhşət: 63 yaşlı şəxs qətlə yetirildi - Baku TV CANLI
- "Üstümə neft tökəcəyəm!" | Ailə fəryad edir: "Dedi, get, asfaltda çadır qur, yat" - Baku TV
- Gəncədə yol problemi sakinləri özlərindən çıxardı - Baku TV
- Gəncədə yerləşən istirahət guşəsindən görüntülər
