Gəncədəki dəhşətli partlayışın təfərrüatı | Hadisə şahidləri danışdı
Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verib.
Partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin hissə rəisi Şahbaz Şükürovun sözlərinə görə, 4 nəfər dağıntılar altından çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib, 2 nəfər həlak olub: “Doqquz mənzilə ziyan dəyib, onlardan 6-sı yararsız vəziyyətdədir”.
Zərərçəkən Gülsarə Hacıyeva hadisənin təfərrüatı barədə danışıb:
“Qəfildən şimşək çaxdı, partlayış baş verdi. Dördüncü mərtəbədə qalıram. Hadisə baş verəndə mətbəxdə idim. Qonaq otağına keçəndə gördüm ki, hər yer dağılıb, tamamilə yararsız hala düşüb”.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, zərərçəkənlərə maddi yardım ediləcək: “İmkanı olanlar qohumlarının evində yerləşəcək, olmayanlar isə kirayə evlərlə təmin olunacaq”.