Hadisə
Pleyeri seçin:

Gömrükdə "kahı" əməliyyatı | Cinayətkarların qeyri-adi üsulu belə aşkarlandı

15 yanvar 2024

Azərbaycandan tranzit keçməklə İrandan Rusiyaya tərəvəz yükü daşıyan nəqliyyat vasitəsində qeyri-adi üsullarla gizlədilən külli miqdarda narkotik vasitə aşkarlanıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib ki, yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsində saxlanılıb.

Şifahi sorğu-sual zamanı sürücü üzərində, avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı isə yükdə şübhəli cizgilər müşahidə olunub. Nəqliyyat vasitəsindəki 22 paletdə olan “kahı” yükü kinoloji xidmət iti vasitəsilə gömrük yoxlamasından keçirilib.

Nəticədə paletlərdən birindəki 30 ədəd qablaşmada falqaya bükülərək kahı formasına salınmış, gömrük nəzarətindən gizlədilən germetik qablaşdırılmış 209 ədəd bağlamada külli miqdarda narkotik vasitələr aşkarlanıb.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən, bağlamalarda xalis çəkisi 69 kq 970 qram narkotik vasitə – qurudulmuş marixuana və 20 kq 870 qram narkotik vasitə – həşiş qətranı olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Bakıda sakinləri dəhşətə salan ölüm | Hadisə şahidi hər şeyi danışdı

Bakıda sakinləri dəhşətə salan ölüm | Hadisə şahidi hər şeyi danışdı

Hadisə
02 iyul 2024
Bakıda qandonduran qətlin detalları | Məhkəmədə hər şey ortaya çıxdı

Bakıda qandonduran qətlin detalları | Məhkəmədə hər şey ortaya çıxdı

Hadisə
02 iyul 2024
Xocalıda aşkar edilən sursatların görüntüsü | MN-dən təcili məlumat

Xocalıda aşkar edilən sursatların görüntüsü | MN-dən təcili məlumat

Hadisə
02 iyul 2024
FHN Ağsudakı yanğın təhlükəli obyektdən görüntülər yaydı

FHN Ağsudakı yanğın təhlükəli obyektdən görüntülər yaydı

Hadisə
02 iyul 2024
Goranboyda ağır qəza | İki avtomobil toqquşdu

Goranboyda ağır qəza | İki avtomobil toqquşdu

Hadisə
02 iyul 2024
Valideyn səhlənkarlığının dəhşətli sonu | Sumqayıtda bədbəxt hadisə

Valideyn səhlənkarlığının dəhşətli sonu | Sumqayıtda bədbəxt hadisə

Hadisə
02 iyul 2024
FHN Qəbələdəki hadisə ilə bağlı təcili hərəkətə keçdi

FHN Qəbələdəki hadisə ilə bağlı təcili hərəkətə keçdi

Hadisə
01 iyul 2024
Şabranda ağır qəzanın baş verdiyi yerdən anbaan görüntülər

Şabranda ağır qəzanın baş verdiyi yerdən anbaan görüntülər

Hadisə
01 iyul 2024
Nəsimi rayonunda yaşıllıqlar məhv edilib | Baş Prokurorluqdan təcili açıqlama

Nəsimi rayonunda yaşıllıqlar məhv edilib | Baş Prokurorluqdan təcili açıqlama

Hadisə
01 iyul 2024
Ucarda dəhşətli qəzada ölən qadın maşından belə çıxarıldı

Ucarda dəhşətli qəzada ölən qadın maşından belə çıxarıldı

Hadisə
01 iyul 2024
Seçilmişlər
icon