Hadisə
Pleyeri seçin:

Bakıda qandonduran qətlin detalları | Məhkəmədə hər şey ortaya çıxdı

02 iyul 2024

2023-cü il avqustun 24-də Suraxanı Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gələn 1986-cı il təvəllüdlü Səbuhi Hüseynov Könül adlı qadını öldürdüyünü bildirib.

Məlumat əsasında dərhal əraziyə gedən polis əməkdaşları Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 29, mənzil 3 ünvanında döşəmədə uzanıqlı vəziyyətdə 1977-ci il təvəllüdlü Könül Cəfərovanın cansız bədənini aşkar ediblər. Məhkəmə-tibbi ekspertizası Könül Cəfərovanın boğularaq öldürüldüyünü müəyyən edib.

Səbuhi Hüseynov istintaqa verdiyi ifadəsində Könül Cəfərova ilə təxminən 5-6 il əvvəl barda tanış olduğunu bildirib. 2023-cü ilin yayında qadın hadisə baş verən ünvana köçüb. Həmin mənzildə dəfələrlə onunla intim münasibətdə olub. Qadın tək yaşayıb, onun qızı Türkiyədə olub. Səbuhi Hüseynov Könülün daim 15 manat müqabilində görüşdüyünü bildiyindən avqustun 23-də onunla yaşadığı məhəllədə görüşüb, ona 50 manat pul verib. Qadın axşam gələndə onun 35 manat pulunu qaytaracağını söyləsə də, S.Hüseynov sərxoş olduğundan Könülün yanına getməyib.

Növbəti gün saat 21:00 radələrində həyətdə qadınla görüşüb, birlikdə evə daxil olublar. 35 manat pulunu istəyəndə Könül onun ünvanına nalayiq ifadələr işlədib, pulunun olmadığını bildirib. O, kafeyə borcu olduğunu, heç olmasa 20 manat verməsini xahiş etsə də, qadın yenə pulu olmadığını deyib və onunla söhbət edə-edə paltarlarını tam soyunub. Səbuhi Hüseynov ünvanına işlədilən söyüşlərdən hiddətlənərək Könülə arxadan yaxınlaşıb və təxminə 2-3 dəqiqə ərzində onu boğub. Qadın əvvəl əl-qol atsa da, sonradan səsi kəsilib.

Könülü olduğu kimi çılpaq vəziyyətdə özünün yerə sərdiyi döşəyin üzərinə uzadıb. Sonra açarla qapını arxadan bağlayaraq həyətə düşüb. Oğluna zəng edib, adam öldürdüyünü deyib. Bundan sonra yaşadığı evə gedib, törətdiyi cinayəti ata-anasına danışıb. Oradan isə çıxıb 30-cu şöbəyə yollanıb və növbətçiyə hadisə barədə məlumat verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Hüseynov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

DİN-dən Göyçayda əməliyyat | Saxlanılanlar var

DİN-dən Göyçayda əməliyyat | Saxlanılanlar var

Hadisə
04 iyul 2024
Kirayə maşınla qaydaları pozan qadın sürücü ilə bağlı DYP rəsmisindən paylaşım

Kirayə maşınla qaydaları pozan qadın sürücü ilə bağlı DYP rəsmisindən paylaşım

Hadisə
04 iyul 2024
Göygöldə kənd bələdiyyəsi sədrinin qanunsuz əməlləri ortaya çıxıb

Göygöldə kənd bələdiyyəsi sədrinin qanunsuz əməlləri ortaya çıxıb

Hadisə
04 iyul 2024
Zaqatalada bədbəxt hadisə | İdarə əməkdaşı iş başında vəfat etdi

Zaqatalada bədbəxt hadisə | İdarə əməkdaşı iş başında vəfat etdi

Hadisə
04 iyul 2024
Ağsuda maşın dərəyə yuvarlandı | Hadisə yerindən anbaan görüntülər

Ağsuda maşın dərəyə yuvarlandı | Hadisə yerindən anbaan görüntülər

Hadisə
04 iyul 2024
Ağır qəzaya düşən şəxs belə xilas edildi | FHN-dən görüntülər

Ağır qəzaya düşən şəxs belə xilas edildi | FHN-dən görüntülər

Hadisə
03 iyul 2024
Bakıda qandonduran hadisə | Ana parkda övladlarını qoyub…

Bakıda qandonduran hadisə | Ana parkda övladlarını qoyub…

Hadisə
03 iyul 2024
TƏBİB-dən azyaşlı ilə bağlı təcili açıqlama

TƏBİB-dən azyaşlı ilə bağlı təcili açıqlama

Hadisə
03 iyul 2024
Yol qaydalarını pozan qadın sürücü saxlanıldı | Şirkət rəhbəri nələr danışdı?

Yol qaydalarını pozan qadın sürücü saxlanıldı | Şirkət rəhbəri nələr danışdı?

Hadisə
03 iyul 2024
Direktorun həbs olunma səbəbi açıqlandı | Baş Prokurorluq məlumat yaydı

Direktorun həbs olunma səbəbi açıqlandı | Baş Prokurorluq məlumat yaydı

Hadisə
03 iyul 2024
Seçilmişlər
icon