Yol qaydalarını pozan qadın sürücü saxlanıldı | Şirkət rəhbəri nələr danışdı?
Gəncədə yol hərəkəti qaydalarını kobud şəkildə pozan xanım sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
O, paylaşdığı videonun rəy bölməsində sürücülük hüququnun olmadığını bildirib.
Qalmaqallı videoda qeydə alınan avtomobilin icarəyə verildiyi deyilən “Rent a Car”dan bildirilib ki, onların ünvanlarına səsləndirilən ittihamlar əsassızdır:
“Yayılan videodakı qadın bizə müraciət etməyib, bizim müştəri olmayıb. Maşını Əli adlı kişi sürücü icarəyə götürüb. Müştəri avtomobili qadın sürücüyə verib, bu hadisə baş verib. Bütün məsuliyyət maşını götürən şəxsə aiddir”.
Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin sürücünün kimliyi müəyyən edilib. Şəxs Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə dəvət olunub. Müəyyən olunub ki, həmin xanım sürücülük vəsiqəsi olmadan avtomobili idarə edib və manevr qaydalarını pozaraq özünün və digərlərinin təhlükəsizliyinə biganə yanaşıb. Həmin şəxs barəsində qanunamüvafiq tədbir görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.