Pleyeri seçin:
Göygöldə kənd bələdiyyəsi sədrinin qanunsuz əməlləri ortaya çıxıb
Göygöldə bələdiyyə torpaqlarını satan sədr barədə cinayət işi başlanıb.
Rayonun Toğanalı kənd bələdiyyəsinin sədri İslam İmanlının qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında Rayon Prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı İslam İmanlının vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Toğanalı kənd bələdiyyəsinin adından təkbaşına qərarlar qəbul edərək bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrı-ayrı şəxslərə satılması, istifadəyə və icarəyə verilməsinə dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Kopyalandı
#Toğanalı kəndi teqi istifadə olunub
- İlham Əliyev və Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu yolunda görülən işlərlə tanış olublar
- Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda hansı işlər görülür?
- Peşəmiz taleyimizi birləşdirib | Həyat yoldaşı ilə eyni məktəbdə çalışan Günay müəllim danışdı
- Nəhəng quruculuq işləri davam etdirilir | Kəlbəcərdən yeni görüntülər
- Göygöldə ayının hücumu əhaliyə qorxu dolu anlar yaşatdı
