Pleyeri seçin:

Göyçayda Şirvan suvarma kanalı yarıldı, sahələri su basdı - Baku TV

01 avqust 2026 343 baxış

Göyçay rayonunda Şirvan suvarma kanalı yarılıb.

Hadisə rayonun Şəhadət-Qarabağlar kəndi ərazisindən keçən hissədə baş verib.

Kanalın yarılması nəticəsində su yaxınlıqdakı, yerli sakinlərin “qobu” adlandırdığı dərin çökəkliyə axıb.

Aidiyyəti qurumdan bildirilib ki, sızma qısa müddətdə təxminən 10 metrədək genişlənib.

“64 yaşım var, indiyə qədər bu kanalın yarıldığını nə görmüşəm, nə də eşitmişəm. Texnikalar gətirildi, kanalın suyu azaldıldı. Əgər vaxtında qarşısı alınmasaydı, kənd su altında qala bilərdi”, – deyə sakinlərdən biri qeyd edib.

Şirvan Suvarma İstismarı İdarəsinin rəisi Əliqulu Abbasovun sözlərinə görə, hadisə köhnə çay yatağı üzərində inşa olunmuş hissədə torpaq qatından başlayan sızma nəticəsində baş verib:

“Kanalda suyun səviyyəsi azaldılıb, əraziyə canlı qüvvə və texnika cəlb olunub. Hazırda bərpa işləri aparılır. Axan su köhnə kollektor istiqamətinə yönləndirilib və əhali üçün hər hansı təhlükə yoxdur”.

Banner
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Hadisə
01 noyabr 2026 343 baxış
"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

Hadisə
01 noyabr 2026 343 baxış
Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Hadisə
31 oktyabr 2026 343 baxış
Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI

Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI

Hadisə
31 oktyabr 2026 343 baxış
“Bilmirəm ki, zəlzələ oldu, yoxsa...” | Əsrlərin yadigarı olan Abdallar kahası niyə çöküb? - Baku TV

“Bilmirəm ki, zəlzələ oldu, yoxsa...” | Əsrlərin yadigarı olan Abdallar kahası niyə çöküb? - Baku TV

Hadisə
31 oktyabr 2026 343 baxış
Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV

Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV

Hadisə
31 oktyabr 2026 343 baxış
Astarada sel fəlakət törətdi | Sakinlər qorxu içində - Baku TV CANLI

Astarada sel fəlakət törətdi | Sakinlər qorxu içində - Baku TV CANLI

Hadisə
30 oktyabr 2026 343 baxış
Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI

Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI

Hadisə
30 oktyabr 2026 343 baxış
Mehmanxanada hansı nöqsanlar aşkarlandı? | FHN tədbir gördü - ƏSAS XƏBƏR

Mehmanxanada hansı nöqsanlar aşkarlandı? | FHN tədbir gördü - ƏSAS XƏBƏR

Hadisə
30 oktyabr 2026 343 baxış
Şagirdlərin popkorndan zəhərlənməsi ilə bağlı iddia - 24 SAAT

Şagirdlərin popkorndan zəhərlənməsi ilə bağlı iddia - 24 SAAT

Hadisə
29 oktyabr 2026 343 baxış
Seçilmişlər
icon