Pleyeri seçin:

Hamilə qadının bədənində zərbə izləri tapıldı

30 may 2023 435 baxış

Saatlıda hamilə qadın döyülüb. Bununla bağlı məlumatlar sosial şəbəkələrdə yayılıb.

Qadının yaxınlarının dediyinə görə, o, əri Təbriz Orucov, qayınanası və qaynı tərəfindən vəhşicəsinə döyülüb.

Hadisənin qeydə alındığı Orta Muğan kəndində olduq. Ailə üzvləri çəkiliş aparmağımıza icazə verməsə də, şifahi olaraq bildiriblər ki, Təbriz Orucov müharibə iştirakçısıdır və müalicə alır. Onun həyat yoldaşı ilə əvvəllər də aralarında xırda mübahisələr olub, lakin bu gün sosial şəbəklərdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Döyüldüyü iddia edilən qadının qardaşı Ruzbeh Məmməd isə açıqlamasında qeyd edib ki, bacısı valideynləri ilə əlaqə saxlamaq istəyəndə belə ona qarşı şiddət göstərilib.

Hamilə qadının vəziyyəti ilə bağlı TƏBİB də açıqlama yayıb. Qurumun tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 1990-cı il təvəllüdlü sözügedən qadın təcili tibbi yardım briqadası tərəfindən xəstəxananın Təcili Tibbi Yardım bölməsinə təxliyə olunub, ona ilkin olaraq kürəyin və sol sağrı nahiyəsinin yumşaq toxumalarının əzilməsi, dərialtı hematoması diaqnozu qoyulub.

Aparılan əlavə tibbi müayinələr zamanı vətəndaşın dörd həftə beş günlük hamilə olduğu aşkar olunub. Həkimlər tərəfindən ona zəruri tibbi xidmət göstərilib və vəziyyəti qiymətləndirildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı Saatlı RPŞ-də müvafiq araşdırmalar aparılır və aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəyi bildirilir.

Banner
Ağstafada dəhşətli hadisə | Ailənin 3 üzvü niyə xəstəxanalıq oldu? - Baku TV CANLI

Ağstafada dəhşətli hadisə | Ailənin 3 üzvü niyə xəstəxanalıq oldu? - Baku TV CANLI

Hadisə
07 noyabr 2026 435 baxış
Ailə səhər yeməyindən sonra niyə xəstəxanalıq oldu? - “1-2 saat ərzində...” - Baku TV

Ailə səhər yeməyindən sonra niyə xəstəxanalıq oldu? - “1-2 saat ərzində...” - Baku TV

Hadisə
07 noyabr 2026 435 baxış
İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT

İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT

Hadisə
06 noyabr 2026 435 baxış
"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

Hadisə
06 noyabr 2026 435 baxış
Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 435 baxış
Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 435 baxış
"2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV

"2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV

Hadisə
06 noyabr 2026 435 baxış
"Partlayış həmin an oldu" | Abşeronda dəhşət | “Atam ağır dərəcədə yanıb, anam da...” - Baku TV

"Partlayış həmin an oldu" | Abşeronda dəhşət | “Atam ağır dərəcədə yanıb, anam da...” - Baku TV

Hadisə
06 noyabr 2026 435 baxış
Abşeronda evdə partlayış: yaralıların vəziyyəti haqqında TƏBİB-dən açıqlama - Baku TV CANLI

Abşeronda evdə partlayış: yaralıların vəziyyəti haqqında TƏBİB-dən açıqlama - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 435 baxış
"Omid" mağazalar şəbəkəsində qalmaqal: müdir işçisini döydürüb? - Baku TV

"Omid" mağazalar şəbəkəsində qalmaqal: müdir işçisini döydürüb? - Baku TV

Hadisə
06 noyabr 2026 435 baxış
Seçilmişlər
icon