Hadisə
Pleyeri seçin:
Hər gün evə soxulurdu | 44 yaşlı kişini qətlə yetirən şəxsin anası fəryad etdi
Biləsuvarda məcburi köçkün ailələri üçün salınan şəhərcikdə qətl hadisəsi baş verib.
Əslən Cəbrayılın Böyük Mərcanlı kəndindən olan həmyerlilərin mübahisəsi nəticəsində 44 yaşlı Şahin Şahverdiyev döyülərək qətlə yetirilib.
Ş.Şahverdiyevi qətlə yetirməkdə şübhəli bilinən 29 yaşlı Seymur Məmmədquliyevin anası Baku TV-yə danışıb.
Cəmilə Vəliyevanın sözlərinə görə, Şahin Şahverdiyev qızına elçi göndərib “yox” cavabı alandan sonra ailəyə qarşı nalayiq hərəkətlər edib və nəticədə oğlu onu qətlə yetirib:
“Hər gün gəlib sataşırdı, daş atırdı, hətta evə soxulurdu. Oğluma nalayiq mesajlar yazıb, təhqir edirdi. Axşam polislər gələndə bildim ki, bu hadisə baş verib”.
Kopyalandı
Seçilmişlər