Pleyeri seçin:

Hərbi Prokurorluq həyatını itirən hərbçi barədə məlumat yaydı

14 iyul 2023 263 baxış

“Azərbaycan Ordusunun hərbçisinin ölümü ilə bağlı cinayət işi açılıb”.

Bunu açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Bildirilib ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Nurəddin Sahib oğlunun ölüm faktı barədə Gəncə Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında həmin hərbi prokurorluğun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

“Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”, – deyə Hərbi Prokurorluğun rəsmisi vurğulayıb.

Banner
Faciəvi şəkildə həyatını itirən Həsənin atasından ürəkdağlayan sözlər - Baku TV

Faciəvi şəkildə həyatını itirən Həsənin atasından ürəkdağlayan sözlər - Baku TV

Hadisə
27 noyabr 2026 58 baxış
Binadan yıxılaraq ölən tələbə Həsən Əlili Tovuzda torpağa tapşırıldı - Baku TV CANLI

Binadan yıxılaraq ölən tələbə Həsən Əlili Tovuzda torpağa tapşırıldı - Baku TV CANLI

Hadisə
27 noyabr 2026 76 baxış
DİN aparıcı Firuzə Cəlilovanın bağ evi ilə bağlı iddialara aydınlıq gətirib - Baku TV

DİN aparıcı Firuzə Cəlilovanın bağ evi ilə bağlı iddialara aydınlıq gətirib - Baku TV

Hadisə
27 noyabr 2026 93 baxış
Qazaxda dəhşətli partlayış: Ana və oğlu xəsarət aldı - ƏSAS XƏBƏR

Qazaxda dəhşətli partlayış: Ana və oğlu xəsarət aldı - ƏSAS XƏBƏR

Hadisə
26 noyabr 2026 204 baxış
19 nəfəri aldadan "T-Group" MMC-nin direktoruna hökm oxundu - Baku TV

19 nəfəri aldadan "T-Group" MMC-nin direktoruna hökm oxundu - Baku TV

Hadisə
26 noyabr 2026 217 baxış
"Heç nə çıxara bilmədik..." | Lənkəranda 9 nəfərin yaşadığı ev yanaraq kül oldu - Baku TV

"Heç nə çıxara bilmədik..." | Lənkəranda 9 nəfərin yaşadığı ev yanaraq kül oldu - Baku TV

Hadisə
26 noyabr 2026 217 baxış
Lənkəranda qorxulu anlar | 9 nəfərin yaşadığı ev niyə yanıb külə döndü? - Baku TV CANLI

Lənkəranda qorxulu anlar | 9 nəfərin yaşadığı ev niyə yanıb külə döndü? - Baku TV CANLI

Hadisə
26 noyabr 2026 150 baxış
Xırdalanda inanılmaz mənzərə | Qazıntı işləri sakinlər üçün kabusa çevrildi - Baku TV CANLI

Xırdalanda inanılmaz mənzərə | Qazıntı işləri sakinlər üçün kabusa çevrildi - Baku TV CANLI

Hadisə
26 noyabr 2026 151 baxış
“Qazırlar, eləcə də qalır, hamı üçün təhlükədir!” | Küçədə dəhşətə gətirən hadisə - Baku TV

“Qazırlar, eləcə də qalır, hamı üçün təhlükədir!” | Küçədə dəhşətə gətirən hadisə - Baku TV

Hadisə
26 noyabr 2026 146 baxış
“Güclü partlayış oldu” | Qazaxda qorxulu hadisə: ana və oğlu... - Baku TV

“Güclü partlayış oldu” | Qazaxda qorxulu hadisə: ana və oğlu... - Baku TV

Hadisə
26 noyabr 2026 116 baxış
Seçilmişlər
icon