Hadisə
Pleyeri seçin:

Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxs həbs edilib

07 mart 2024

Hərbi xidmətə çağırış sahəsində verilən qanun pozuntularına qarşı Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə kompleks tədbirlər davam etdirilir.

Bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında deyilir.

Qeyd edilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləyən hərbi qulluqçu Hümbət Nəbiyevin xidməti vəzifələrinin icrası zamanı vətəndaşdan rüşvət tələb etməsi və alması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

"Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Hümbət Nəbiyevin qeyd olunan vəzifədə işləyərkən əvvəlcə vətəndaşa müvəqqəti olaraq möhlət hüququnun verilməsi müqabilində müəyyən məbləğdə pul vəsaitini rüşvət qismində alması, daha sonra isə həmin şəxsə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim edilməsi müqabilində külli miqdarda rüşvət tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Hümbət Nəbiyev şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı cinayət əməlinin törədilməsində iştirak etmiş bütün şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi təmin ediləcək", – məlumatda vurğulanır.

Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmə tapıldı | İbrahimin atası danışdı

Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmə tapıldı | İbrahimin atası danışdı

Hadisə
27 aprel 2024
Yasamalda oğurladığı mobil telefonu satan şəxs saxlanıldı

Yasamalda oğurladığı mobil telefonu satan şəxs saxlanıldı

Hadisə
27 aprel 2024
Ali Məhkəmənin hakimi İlqar Dadaşov faciəvi şəkildə həyatını itirdi

Ali Məhkəmənin hakimi İlqar Dadaşov faciəvi şəkildə həyatını itirdi

Hadisə
27 aprel 2024
FHN Ceyranbatan su kanalında batan İbrahimlə bağlı məlumat yaydı

FHN Ceyranbatan su kanalında batan İbrahimlə bağlı məlumat yaydı

Hadisə
27 aprel 2024
DİN-dən feyk hesablarla 30 min manat oğurlayan şəxslə bağlı məlumat

DİN-dən feyk hesablarla 30 min manat oğurlayan şəxslə bağlı məlumat

Hadisə
27 aprel 2024
ANAMA əməkdaşı Şuşada minaya düşdü | Son dəqiqə

ANAMA əməkdaşı Şuşada minaya düşdü | Son dəqiqə

Hadisə
27 aprel 2024
Salyanda maşın oğurladı, digər əməlləri də ortaya çıxdı

Salyanda maşın oğurladı, digər əməlləri də ortaya çıxdı

Hadisə
27 aprel 2024
DİN Bakıda mühüm əməliyyat keçirdi | Xəbərdarlıq

DİN Bakıda mühüm əməliyyat keçirdi | Xəbərdarlıq

Hadisə
27 aprel 2024
Zərdab sakini ilə bağlı araşdırma başlanıldı | DİN-dən məlumat

Zərdab sakini ilə bağlı araşdırma başlanıldı | DİN-dən məlumat

Hadisə
27 aprel 2024
Polis Xankəndidə əməliyyat keçirdi | Baku TV hadisə yerində

Polis Xankəndidə əməliyyat keçirdi | Baku TV hadisə yerində

Hadisə
27 aprel 2024
Seçilmişlər
icon