Pleyeri seçin:

Hindistanlı turistin qalıqlarını tapan Zaqatala sakini tükürpərdən hadisədən danışdı

12 fevral 2025 552 baxış

"Birdən qarşıma "vyetnamka" çıxdı. Düşündüm ki, "vyetnamka" bura haradan düşüb?! Sonra diqqətlə baxanda insan sümüklərinə rast gəldim. Onda dedim ki, burada nəsə var".

Bunu Lent.az-a 3 il əvvəl itkin düşən hindistanlı turistin qalıqlarını aşkar edən Zaqatala sakini bildirib.

Rayonun Mazıx kənd sakini Ruslan Əliyev dağda qarşılaşdığı mənzərə haqqında belə danışıb:

"Biz 4 nəfər idik. Dağa yaylağa gəzməyə getmişdik. Qalxanda gördük ki, ora güclü qar yağıb və hava dəhşət dumanlıdır. Dumana görə yolumuzu azdıq və özümüz də bilmədən dərəyə düşdük. Ora çox təhlükəli bir ərazidir. Ora düşdünsə, çıxmaq çox çətindir. Biz də dərədən çıxmağın yollarını axtarırdıq. Təsadüfən qarşıma "vyetnamka" çıxdı. Mənə maraqlı gəldi ki, bu bura necə düşə bilər. İkinci tayını axtarırdım ki, dəhşətli mənzərə ilə qarşılaşdım. Gördüm ki, orada insan sümükləri də var".

Ruslan Əliyev onun əynindəki paltarların çürüdüyünü qeyd edib:

"Sümüklərin düzülüşündən belə başa düşmək olurdu ki, o, yarı oturmuş, yarı uzanıqlı vəziyyətdə ölüb. Əynindəki paltarlar çürümüşdü. Təmiz vəziyyətdə qalan "vyetnamkalar" və kəməri idi. Sümüklər fındıq ağacının altında idi. Bir az aralıda balaca tonqalın qalıqlarını gördük. Əlavə olaraq yanında bel çantası, ayaqqabı, telefon, üz maskaları və bank kartları var idi".

Kənd sakini deyir ki, həmin dərəyə düşən adamın oradan tək çıxması qeyri-mümkündür:

"Həmin dərə çox çətin relyefdə yerləşir. Dərənin əhatəsi mamırlı və sürüşkən qayalardır. Bir sözlə, oradan bir nəfərin tək çıxması mümkün deyil. Biz 4 nəfər idik və köməkli şəkildə çətinliklə oradan çıxa bildik". Ruslan Əliyev sonda bildirib ki, qarşılaşdığı mənzərə ilə bağlı dərhal polisə məlumat veriblər. Hadisə yerinə gedən polis əməkdaşları qalıqları dağdan düşürüb aidiyyəti üzrə təhvil veriblər.

Banner
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 552 baxış
Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Hadisə
03 noyabr 2026 552 baxış
Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Hadisə
03 noyabr 2026 552 baxış
"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 552 baxış
"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

Hadisə
03 noyabr 2026 552 baxış
KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 552 baxış
Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Hadisə
03 noyabr 2026 552 baxış
Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Hadisə
02 noyabr 2026 552 baxış
"Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR

"Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR

Hadisə
02 noyabr 2026 552 baxış
Sahilyanı ölkələr narazıdır: Qara dəniz yeni gərginlik mərkəzinə çevrilir? - Baku TV CANLI

Sahilyanı ölkələr narazıdır: Qara dəniz yeni gərginlik mərkəzinə çevrilir? - Baku TV CANLI

Hadisə
02 noyabr 2026 552 baxış
Seçilmişlər
icon