Pleyeri seçin:
"Azəriqaz"ın rəhbərliyində dəyişiklik | Ruslan Əliyevi kim əvəz etdi?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyev vəzifəsindən azad edilib.
Onun yerinə müavini Azər Məmmədov təyin olunub. Bu barədə “Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyev məlumat verib.
Qeyd edək ki, Azər Məmmədov SOCAR-a qədər “Azərboru” SC-də maliyyə direktoru vəzifəsində çalışıb. Daha sonra o, müxtəlif vəzifələrdə, o cümlədən 2014-cü ilin fevralında “SOCAR Georgia Gas”ın direktoru təyin olunmuşdu. 2023-cü ilin əvvəlindən isə “Azəriqaz” İstehsalat Birliyinin sədrinin müavini idi.
Kopyalandı
#Azəriqaz teqi istifadə olunub
- Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV
- “Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV
- Aprel ayından aparılan təmir işləri niyə yekunlaşmır?
- Asfaltı qazıb getdilər, sakinlər əziyyət çəkir | Aylardır qazılan yol niyə bərpa olunmur? - Baku TV
- “Azəriqaz” rəhbərinin növbəti qəbulu Qax rayonunda təşkil olunub - Baku TV
