Asfaltı qazıb getdilər, sakinlər əziyyət çəkir | Aylardır qazılan yol niyə bərpa olunmur? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsində aprel ayından aparılan qazıntı işlərinin hələ də başa çatmaması sakinlərin narazılığına səbəb olub.
Sakinlərin sözlərinə görə, qazıntı işləri aparıldıqdan sonra yol əvvəlki vəziyyətinə qaytarılmayıb. Onlar bildirirlər ki, artıq iki həftədən çoxdur ərazidə hər hansı iş görülmür.
Qazıntı nəticəsində avtomobil yolu daralıb, piyadaların gediş-gəlişi də çətinləşib. Sakinlərin sözlərinə görə, günün müəyyən saatlarında ərazidə tıxaclar yaranır.
Həmçinin sakinlərin iddiasına görə, qazıntı sahəsində kifayət qədər məlumatlandırıcı və xəbərdaredici lövhələr də yoxdur.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət olunub. Qurumdan bildirilib ki, Şəmsi Rəhimov küçəsində işlər dövlət proqramı çərçivəsində aparılır.
Açıqlamaya görə, ərazidə ümumilikdə 180 metrlik qaz xətti yenilənir. İşlərin təxminən 150 metrlik hissəsi artıq yekunlaşıb, qalan 30 metrlik hissənin yenilənməsi isə mərhələli şəkildə həyata keçiriləcək.
#Nərimanov rayonu teqi istifadə olunub
- “Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV
- Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT
- Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV
- Bakıda avtomobilin vurduğu azyaşlının həyatını yol polisi əməkdaşları necə xilas etdi? - Baku TV
- Boru partladı, küçə suya qərq oldu | Su borusu bir həftədir təmir edilmir? - Baku TV
