Pleyeri seçin:
Hövsandakı partlayışda yaralanan şəxs barədə həkimdən açıqlama
Hövsanda evdə baş verən partlayış zamanı xəsarət alan şəxsin vəziyyəti ağırdır.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
“Aprelin 22-si təcili tibbi yardım briqadası tərəfindən Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə 24 yaşlı (kişi cinsli) şəxs hospitalizasiya olunub. Həmin şəxsə üzün, hər iki qulaq seyvanının, boynun, hər iki saidin, gövdənin arxa səthinin II-III dərəcəli termiki alov yanığı, tənəffüs yollarının yanığı diaqnozu qoyulub. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir”, ‒ məlumatda qeyd olunub.
Kopyalandı
#Hövsan qəsəbəsi teqi istifadə olunub
- "Bu, icra hakimlərinin borcudur, amma..." | Bakıda təmiri yarımçıq qalan parklar - Baku TV
- Suraxanıda boşanmaq istəyən qadının dəhşətli sonu - Baku TV
- Məhkəmə niyə təxirə salındı? | Təcridxanada faciəvi son - Baku TV
- Hövsanda su borusu partladı, heyvan sığınacağını su basdı - Baku TV
- Övladına görə qətl törədən atanın etirafları - Baku TV
