Pleyeri seçin:

İçkili adamdırlar, özlərini göstəriblər | Ucarda ciyər axşamı dava ilə bitdi

21 dekabr 2024 442 baxış

Ucarda dekabrın 20-də gecə saatlarında kütləvi dava olub.

Rayonun Bağman kəndində keçirilən ciyər axşamında bir neçə şəxs arasında yaranan mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib.

Bu zaman dörd nəfər – 49 yaşlı Əlisahib Səlimov, oğlu 21 yaşlı Nicat Səlimov, 49 yaşlı Mehman Səfərəliyev və 33 yaşlı Mansur Səfərəliyev müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

“Toy məclisindən çölə çıxanda gördüm ki, oğlumu vurublar. İçkili adamdırlar, yəqin özlərini göstəriblər. Qarşı tərəflə düşmənçiliyimiz də olmayıb. Bizi niyə vurduqları özümə də maraqlıdır”, – deyə Əlisahib Səlimov söyləyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, qeyd edilən faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır. Tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. 

Bakının Xətai rayonunda güclü yanğın baş verib - Baku TV

Bakının Xətai rayonunda güclü yanğın baş verib - Baku TV

Hadisə
09 avqust 2026 442 baxış
Xətai rayonunda dəhşətli yanğın | FHN qüvvələri hadisə yerində - Baku TV CANLI

Xətai rayonunda dəhşətli yanğın | FHN qüvvələri hadisə yerində - Baku TV CANLI

Hadisə
09 avqust 2026 442 baxış
Sumqayıtda binada yanğın | Sakinlər təxliyə edildi - Baku TV CANLI

Sumqayıtda binada yanğın | Sakinlər təxliyə edildi - Baku TV CANLI

Hadisə
09 avqust 2026 442 baxış
Qalmaqallı prosesin detalları | Səfərbərlik Xidmətinin əməkdaşları nədə ittiham olunurlar? - Baku TV

Qalmaqallı prosesin detalları | Səfərbərlik Xidmətinin əməkdaşları nədə ittiham olunurlar? - Baku TV

Hadisə
09 avqust 2026 442 baxış
Toy mahnısı ilə əməliyyat edən həkimə görə təcili tədbir | Baku TV çəkdi, nazirlik hərəkətə keçdi

Toy mahnısı ilə əməliyyat edən həkimə görə təcili tədbir | Baku TV çəkdi, nazirlik hərəkətə keçdi

Hadisə
08 avqust 2026 442 baxış
Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Hadisə
08 avqust 2026 442 baxış
İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

Hadisə
08 avqust 2026 442 baxış
Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Hadisə
08 avqust 2026 442 baxış
Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Hadisə
08 avqust 2026 442 baxış
Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Hadisə
07 avqust 2026 442 baxış
Seçilmişlər
icon