Pleyeri seçin:

İki məktəblinin ölümünün təfərrüatları

16 aprel 2024 356 baxış

İmişlidə 2 məktəblinin ölümünün təfərrüatları məlum olub.

Dəhşətli hadisə aprelin 14-də İmişlidəki 5 saylı orta məktəbin ərazisində baş verib.

Məktəbin həyətində futbol oynamağa gedən 2 məktəbli – 14 yaşlı Amid İsbərov və Fərhan Məmmədzadə bir müddət futbol oynadıqdan sonra yaxınlığında olan yarımtikilinin damına çıxıblar. Dama çıxdıqdan sonra onlar yüksək gərginlikli elektrik naqillərinə toxunublar. Nəticədə hər iki yeniyetməni cərəyan vuraraq öldürüb.

Amid İsbərovun anası Yeganə Əliyeva Baku TV-yə hadisə haqqında danışıb. “Dostu ilə yuxarı qalxıb. Uşağın əlində telefon olub. Açan kimi elektrik cərəyanı onu vurub. Kömək etmək istəyəndə oğlumu da vurub”, – deyə məktəblinin anası söyləyib.

Qeyd edək ki, 14 yaşlı Amid İsbərov İmişlidə 2 saylı orta məktəbin 7-ci sinfində oxuyurmuş. Onunla birlikdə dünyasını dəyişən Fərhan Məmmədzadə isə paytaxt məktəblərindən birində təhsil alırmış. Amidlə dost olan Fərhan bayram tətili olduğu üçün rayona babasıgilə qonaq gəlibmiş. Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

Diqqət: Bu şirkət rəhbərləri dələduzluqla məşğuldur - Baku TV

Diqqət: Bu şirkət rəhbərləri dələduzluqla məşğuldur - Baku TV

Hadisə
12 mart 2026 356 baxış
Yevlaxda dəhşətli hadisə | 63 yaşlı kişinin faciəvi ölümü - Baku TV

Yevlaxda dəhşətli hadisə | 63 yaşlı kişinin faciəvi ölümü - Baku TV

Hadisə
11 mart 2026 356 baxış
Mingəçevirdə müəmmalı hadisə | Müəllim evində ölü tapıldı - Baku TV

Mingəçevirdə müəmmalı hadisə | Müəllim evində ölü tapıldı - Baku TV

Hadisə
10 mart 2026 356 baxış
Kürdəmirdə dördotaqlı ev yanaraq külə döndü - Baku TV

Kürdəmirdə dördotaqlı ev yanaraq külə döndü - Baku TV

Hadisə
10 mart 2026 356 baxış
Avtobusda cibgirlik etdiyi an kameraya düşdü - Baku TV

Avtobusda cibgirlik etdiyi an kameraya düşdü - Baku TV

Hadisə
09 mart 2026 356 baxış
“Almanı ona görə tüpürüb sildi ki..." - Bazarda ürəkbulandıran əməli ört-basdır edirlər? - Baku TV

“Almanı ona görə tüpürüb sildi ki..." - Bazarda ürəkbulandıran əməli ört-basdır edirlər? - Baku TV

Hadisə
09 mart 2026 356 baxış
2 uşaq anasının faciəvi ölümü | "Süst halda idi, gördük ki, oturduğu yerdə..." - Baku TV

2 uşaq anasının faciəvi ölümü | "Süst halda idi, gördük ki, oturduğu yerdə..." - Baku TV

Hadisə
09 mart 2026 356 baxış
Mingəçevirdə bədbəxt hadisə | Kirayənişin qaldığı evdə öldü - Baku TV

Mingəçevirdə bədbəxt hadisə | Kirayənişin qaldığı evdə öldü - Baku TV

Hadisə
09 mart 2026 356 baxış
Masazırda qadını elektrik cərəyanı vurdu - Baku TV

Masazırda qadını elektrik cərəyanı vurdu - Baku TV

Hadisə
08 mart 2026 356 baxış
Stomatoloqa gedən vətəndaş sağlam dişlərini itirdi? - Baku TV

Stomatoloqa gedən vətəndaş sağlam dişlərini itirdi? - Baku TV

Hadisə
08 mart 2026 356 baxış
Seçilmişlər
icon