Hadisə
Pleyeri seçin:
İnternet resurslarında diqqətli olun! - Maliyyə piramidası nə dərəcədə təhlükəlidir?
“Tost” maliyyə piramidası ilə bağlı araşdırma başlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
“İnternet resurslarında “Tost” maliyyə piramidası ilə əlaqədar kütləvi dələduzluq halları ilə bağlı məlumatlar yayılıb. DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində həmin maliyyə piramidası ilə bağlı araşdırma aparılır. Vətəndaşlarımız diqqətli olmalıdırlar. İnternet resurslarında asan qazanc əldə etməkdən çəkinməlidirlər.
Qeyd etmək lazımdır ki, dələduzlara verilən hər bir informasiya sonda vətəndaşın pul vəsaitinin oğurlanmasına gətirib çıxarır”, – məlumatda vurğulanıb.
Kopyalandı
Seçilmişlər