İrana məxsus narkoşəbəkə üzvləri saxlanıldı
İrandan ölkəmizə külli miqdarda narkotik vasitələr göndərən şəxslərin Azərbaycandakı dayaqlarına qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən son 20 gündə paytaxt və bölgələrdə keçirilmiş silsilə əməliyyatlar zamanı 3 mütəşəkkil dəstənin üzvləri olan 38 nəfər saxlanılıb, 174 kiloqram narkotik vasitə, elektron tərəzilər və 6 min ədəd psixotrop tərkibli həblər dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslərdən Malik Ağayev, Kənan Cəfərov, onun tanışı Alışan Qədirov, Ramil Kərimov və Samir Mahmudov ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olublar. Onlardan Ramil Kərimov Gəncə-Qazax regionunda narkotik vasitələrin paylanılmasını təşkil edən əsas şəxslərdən biri olub. O, diqqət çəkməmək üçün narkotik vasitələri Yevlax rayonunda yerləşən qəbiristanlıqda gizlədib.
Astara rayonunda 40 kiloqram narkotik vasitə ilə saxlanılan Malik Ağayevin isə külli miqdarda narkotik vasitəni İranda yaşayan narkotacirin göstərişi ilə paytaxt ərazisinə göndərməyi planlaşdırdığı müəyyən edilib.
Hazırda faktlarla bağlı əlavə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
#İran teqi istifadə olunub
- Tehranla Bakı arasında həmrəylik mesajları səsləndi - Baku TV CANLI
- Pezeşkian İranın Ali Rəhbərinin səhhətindən danışdı
- İran Azərbaycanla qarşıdurmadan əməkdaşlığa keçir? - AKTUAL GÜNDƏM
- İsrailin də iştirakı ilə İrana qarşı daha genişmiqyaslı əməliyyat başladılacaq? - Baku TV CANLI
- Pezeşkian qonşu ölkələrdən razı qaldığını açıqladı | Mühüm detalları təqdim etdi - Baku TV
