Hadisə
Pleyeri seçin:

İranlıdan heroin alan azərbaycanlılar saxlanıldı

20 iyul 2023

Nəsimi rayonunda yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılan taksidə əyləşən sərnişindən külli miqdarda heroin aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən paytaxt sakini Zakir Nəsirlinin sərnişin kimi əyləşdiyi taksidə sürücü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Nəqliyyat vasitəsində olan sərnişin, yəni Zakir Nəsirlinin davranışları yol polislərində şübhə yaratdığından o, ərazi üzrə 21-ci Polis Bölməsinə aparılıb. Bölmədə onun üzərində axtarış aparılan zaman çəkisi 500 qrama yaxın olan heroin aşkar edilib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı paytaxt ərazisində narkotiklərin satışını həyata keçirən İlqar Behbudov da saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən satış üçün qablaşdırdığı külli miqdarda heroin və metamfetamin aşkar edilib.

Araşdırma nəticəsində müəyyən edilib ki, Zakir Nəsirli və İlqar Behbudov şəxsiyyəti istintaqla araşdırılan “Amil” adlı İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul ediblər.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Zakir Nəsirli və İlqar Behbudov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Məşhur müğənni ağır qəza törətdi | Şəmkirdə hadisə

Məşhur müğənni ağır qəza törətdi | Şəmkirdə hadisə

Hadisə
05 may 2024
Ramanada tükürpərdici qətl | Baş Prokurorluq məlumat yaydı

Ramanada tükürpərdici qətl | Baş Prokurorluq məlumat yaydı

Hadisə
05 may 2024
Bıçaqlanan həkimlə bağlı DİN-dən açıqlama | Əmircanda dəhşətli hadisə

Bıçaqlanan həkimlə bağlı DİN-dən açıqlama | Əmircanda dəhşətli hadisə

Hadisə
05 may 2024
Xətaidə meyit aşkarlandı | FHN məlumat yaydı

Xətaidə meyit aşkarlandı | FHN məlumat yaydı

Hadisə
05 may 2024
Maştağada bıçaqlanma: xəsarət alan şəxs həyatını itirdi

Maştağada bıçaqlanma: xəsarət alan şəxs həyatını itirdi

Hadisə
05 may 2024
Qətlə yetirilən həkimin qonşuları danışdı | Şəkidə dəhşətli qətl

Qətlə yetirilən həkimin qonşuları danışdı | Şəkidə dəhşətli qətl

Hadisə
05 may 2024
Astarada bədbəxt hadisə | 22 yaşlı oğlan həlak oldu

Astarada bədbəxt hadisə | 22 yaşlı oğlan həlak oldu

Hadisə
04 may 2024
Abşeronda gizli sexin ifşası | Bunları alanda diqqətli olun!

Abşeronda gizli sexin ifşası | Bunları alanda diqqətli olun!

Hadisə
04 may 2024
Nələri satmaq qanunsuzdur? | DİN Bakıda əməliyyat keçirdi

Nələri satmaq qanunsuzdur? | DİN Bakıda əməliyyat keçirdi

Hadisə
03 may 2024
Bir də gördüm, camaat tökülüşdü…  | Bakıda sevgililərin davasının dəhşətli sonu

Bir də gördüm, camaat tökülüşdü… | Bakıda sevgililərin davasının dəhşətli sonu

Hadisə
03 may 2024
Seçilmişlər
icon