İsmayıllıda əməliyyat keçirildi | DİN-dən təcili məlumat
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçiriblər.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Əməliyyat tədbirləri nəticəsində 61 yaşlı Cəfər Niftalıyev və oğlu Anar Niftalıyev saxlanılıb. Onların yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya edilərək yetişdirilən 274 ədəd çətənə bitkisi aşkar olunub.
Saxlanılan şəxslər narkotik tərkibli bitkiləri bir müddət əvvəl qazanc əldə etmək məqsədilə əkdiklərini və aqrotexniki qaydada qulluq göstərdiklərini bildiriblər.
Keçirilən digər əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bayram Hüseynov və oğu Salman Hüseynov saxlanılıb. Onların həyətyanı sahəsindən isə çəkisi 80 kiloqram olan 57 ədəd çətənə kolu və marixuana aşkar olunub.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.