Pleyeri seçin:
İsmayıllıda torpaq uçqunu ailələri evsiz qoydu | Zərərdəymiş sakinlər həyətdə gecələyirlər - Baku TV
İsmayıllı rayonunun Bizlan kəndində baş verən torpaq sürüşməsi yaşayış evini yararsız vəziyyətə salıb.
Təbii hadisə nəticəsində Müslüm Xasıyevə məxsus ikimərtəbəli evin bir hissəsi çöküb. Üç ailənin yaşadığı evdə qalmaq təhlükəli olduğundan sakinlər həyətdə gecələmək məcburiyyətində qalıblar.
İsmayıllı Rayon İcra Hakimiyyətindən bildirilib ki, iyulun 10-da baş verən hadisə ilə bağlı Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən operativ araşdırma aparılıb.
Toplanan materiallar Nazirlər Kabinetinə təqdim edilib. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi hadisə barədə məlumatlandırılıb.
Kopyalandı
