Pleyeri seçin:
İstanbulda bomba şübhəsi
Türkiyənin İstanbul şəhərində şübhəli çanta təlaşa səbəb olub.
Belə ki, Beşiktaş stadionu ilə üzbəüz ərazidə yolun ortasına qoyulan çantanı görən vətəndaşların xəbərdarlığından sonra hadisə yerinə çox sayda polis cəlb edilib. Nəqliyyat vasitələrinin hərəkəti də yol polisi tərəfindən məhdudlaşdırılıb.
Ətrafda təhlükəsizlik tədbirləri görüldükdən sonra xüsusi geyimli bomba zərərsizləşdirmə mütəxəssisi şübhəli çantanı detonatorla idarəli şəkildə partladıb.
Çantanın içərisində paltarlar olduğu məlum olub. Daha sonra isə yol nəqliyyatın hərəkəti üçün açılıb.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- "Türkiyə Qarabağla bağlı bu təşəbbüsü irəli sürdü" | Əli Əsədov - Baku TV
- Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib
- Netanyahu Suriyada yeni bir böhran yaratmağa çalışır?
- İŞİD-lə mübarizə üçün əməkdaşlıq müzakirə olunub
- “Dövriyyəni daha yüksək səviyyəyə qaldırmaq üçün imkanlar var” | Əli Əsədov
