Pleyeri seçin:
“Kafedən qayıdanda vurub” | Sumqayıt sakinləri dəhşətli hadisəni anbaan danışdı - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə hərbi hissənin qarşısında qeydə alınıb. İdarəetmədən çıxan “Hyundai” markalı minik avtomobili yolu keçən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Bildirilir ki, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub.
Sakinlər hadisənin baş verdiyi ərazidə işıqlandırmanın olmadığını deyirlər. Onların sözlərinə görə, yolun qaranlıq olması həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Sumqayıt teqi istifadə olunub
- Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV
- Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI
- Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
