Pleyeri seçin:

Keçmiş baş həkim məhkəmə zalında həbs olundu

25 yanvar 2024 292 baxış

Dələduzluqda ittiham olunan Sabunçu Rayon 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarov məhkəmə zalında həbs edilib. Bu, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən proses zamanı baş verib.

Təqsirləndirilən şəxsin vəkili İlqar Rüstəmov vəsatət qaldıraraq zərərçəkən Dəniz Əsədovanın anlaqsız ifadələr verdiyini və psixoloji durumunda problemlərin olduğunu əsas gətirərək məhkəmədən onunla bağlı tibbi ekspertiza təyin edilməsini xahiş edib. Məhkəmə qısa müşavirədən sonra vəsatətin əsassız olduğunu bildirib və bu səbəbdən təmin etməyib.

Daha sonra zərərçəkmiş şəxsin vəkilləri – Ceyhun Yusifov və Asim Abbasov vəsatət qaldırıblar. Onlar iş üzrə şahidlərin çoxluğu və təqsirləndirilən şəxsin zərərçəkmişlərə dəyən zərəri ödəməməsi səbəbindən onun haqqında polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməsini istəyiblər.

Məhkəmə qısa müşavirədən sonra zərərçəkmiş şəxsin vəkillərinin vəsatətlərini təmin edib və təqsirləndirilən şəxs Rauf İsfəndiyarov məhkəmə zalında həbs edilib. Daha sonra iş baxışa verilib. Məhkəmənin ilk baxış iclası fevralın 6-na təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə zərərçəkmişlər isə müğənni Dəniz Əsədova, Dövlət Sosial Müdafiə Fondu və Səhiyyə Nazirliyidir. Təqsirləndirilən şəxsin dövlətə vurduğu zərərin 1 milyon 646 min manatdan artıq olduğu bildirilir. Rauf İsfəndiyarov müğənni Dəniz Əsədovadan aldatma yolu ilə 300 min manatdan artıq pul alıb. O, istintaq müddətində vəsaitin 100 min manatını geri versə də, digər hissəsini qaytarmayıb.

"Böyük elektrik barabanı..." | Tikinti şirkətində ölümə səbəb olan hadisənin detalları - Baku TV

"Böyük elektrik barabanı..." | Tikinti şirkətində ölümə səbəb olan hadisənin detalları - Baku TV

Hadisə
26 fevral 2026 292 baxış
Bacısının nişanlısını bıçaqlayan şəxs nələri etiraf etdi? - Baku TV

Bacısının nişanlısını bıçaqlayan şəxs nələri etiraf etdi? - Baku TV

Hadisə
26 fevral 2026 292 baxış
Yevlaxda kafe yandı, sahibi xəsarət aldı

Yevlaxda kafe yandı, sahibi xəsarət aldı

Hadisə
25 fevral 2026 292 baxış
Sələm üstündə qayınanasını amansızlıqla öldürən kişiyə hökm oxundu - Baku TV

Sələm üstündə qayınanasını amansızlıqla öldürən kişiyə hökm oxundu - Baku TV

Hadisə
25 fevral 2026 292 baxış
Məhkəmə niyə təxirə salındı? | Təcridxanada faciəvi son - Baku TV

Məhkəmə niyə təxirə salındı? | Təcridxanada faciəvi son - Baku TV

Hadisə
25 fevral 2026 292 baxış
31 yaşlı şəxsin məhkəməsində prokuror nə təklif etdi? - Baku TV

31 yaşlı şəxsin məhkəməsində prokuror nə təklif etdi? - Baku TV

Hadisə
25 fevral 2026 292 baxış
Sumqayıtda bədbəxt hadisə | 37 yaşlı kişi həyatını itirdi - Baku TV

Sumqayıtda bədbəxt hadisə | 37 yaşlı kişi həyatını itirdi - Baku TV

Hadisə
24 fevral 2026 292 baxış
Moskvada azərbaycanlı ər və arvadın ölümünün səbəbi nədir?

Moskvada azərbaycanlı ər və arvadın ölümünün səbəbi nədir?

Hadisə
24 fevral 2026 292 baxış
"Gör nə həddə çatıb ki..." - Şüvəlanda dostunu öldürən şəxsin qonşusu gördüklərini danışdı- Baku TV

"Gör nə həddə çatıb ki..." - Şüvəlanda dostunu öldürən şəxsin qonşusu gördüklərini danışdı- Baku TV

Hadisə
24 fevral 2026 292 baxış
23 yaşlı qadın bıçaqlandı | Ailə daxili münaqişə faciə ilə bitdi - Baku TV

23 yaşlı qadın bıçaqlandı | Ailə daxili münaqişə faciə ilə bitdi - Baku TV

Hadisə
24 fevral 2026 292 baxış
Seçilmişlər
icon