Hadisə
Pleyeri seçin:

Keçmiş hərbçi 5 nəfəri güllələdi

20 yanvar 2023

Yanvarın 20-si gece saat 1 radələrində Gürcüstanın Saqareco şəhərində Daxili İşlər Nazirliyinin əməkdaşları axtarışda olan keçmiş hərbçini saxlamaq üçün xüsusi əməliyyat keçiriblər.

Yerli mətbuatın məlumatına görə, xüsusi əməliyyat zamanı silahlı insident yaşanıb. Belə ki, polis əməkdaşlarını görən 48 yaşlı silahlı şəxs mənzilinin eyvanından avtomatdan bir neçə dəfə atəş açıb. Bu zaman ərazidə olan biri polis əməkdaşı olmaqla 5 nəfər həlak olub, 6 nəfər isə yaralanıb. Bundan sonra hadisə yerinə əlavə polis qrupları səfərbər edilib. Bir saat davam edən əməliyyatdan sonra polis əməkdaşları cinayətkarın evinə daxil olmağı bacarıblar.

Nazirlikdən bildirilib ki, xüsusi təyinatlılar evə daxil olan zaman silahlı şəxs özünü güllələyib. Məlumata əsasən, hadisəni törədən şəxs Vaziani bölməsində xidmət edən və beynəlxalq missiyalarda iştirak edən keçmiş hərbi qulluqçu Nodar Atuaşvilidir.

Qeyd edək ki, ölkənin daxili işlər naziri Vaxtanq Qomelauri də hadisə yerində olub. Faktla bağlı istintaq başladılıb.

Hacıqabulda vəfat edən 17 yaşlı qızın qohumları danışdı | Yeniyetmənin ölüm səbəbi

Hacıqabulda vəfat edən 17 yaşlı qızın qohumları danışdı | Yeniyetmənin ölüm səbəbi

Hadisə
08 may 2024
Saxta spirtli içki hazırlayan dəstə tutuldu | Gizli sexin ifşası

Saxta spirtli içki hazırlayan dəstə tutuldu | Gizli sexin ifşası

Hadisə
08 may 2024
Keçmiş məhkumların yeni əməlləri ortaya çıxdı | Masallıda narkotik əməliyyatı

Keçmiş məhkumların yeni əməlləri ortaya çıxdı | Masallıda narkotik əməliyyatı

Hadisə
08 may 2024
Zaqatalada dönərdən zəhərlənənlərlə bağlı yeni açıqlama

Zaqatalada dönərdən zəhərlənənlərlə bağlı yeni açıqlama

Hadisə
08 may 2024
Toyuq dönəri yeyib zəhərləndilər |  27 nəfər xəstəxanalıq oldu

Toyuq dönəri yeyib zəhərləndilər | 27 nəfər xəstəxanalıq oldu

Hadisə
07 may 2024
Təhsil müəssisəsindəki mənimsəmə ilə bağlı cinayət işi başlandı | Baş Prokurorluqdan açıqlama

Təhsil müəssisəsindəki mənimsəmə ilə bağlı cinayət işi başlandı | Baş Prokurorluqdan açıqlama

Hadisə
07 may 2024
Avtomobilini səkidə idarə edən sürücü ilə bağlı DYP-dən açıqlama

Avtomobilini səkidə idarə edən sürücü ilə bağlı DYP-dən açıqlama

Hadisə
07 may 2024
Məşhur hoteldə zəhərlənən şəxslərin son vəziyyəti ilə bağlı həkimdən müəmmalı açıqlama

Məşhur hoteldə zəhərlənən şəxslərin son vəziyyəti ilə bağlı həkimdən müəmmalı açıqlama

Hadisə
07 may 2024
Bakıda məşhur hoteldə ölümlə nəticələnən dəhşətli hadisə | Baş Prokurorluqdan məlumat

Bakıda məşhur hoteldə ölümlə nəticələnən dəhşətli hadisə | Baş Prokurorluqdan məlumat

Hadisə
07 may 2024
“Azərişıq”dan Sumqayıtdakı hadisə ilə bağlı açıqlama

“Azərişıq”dan Sumqayıtdakı hadisə ilə bağlı açıqlama

Hadisə
07 may 2024
Seçilmişlər
icon