Hadisə
Pleyeri seçin:
Avtomobilini səkidə idarə edən sürücü ilə bağlı DYP-dən açıqlama
Bakıda avtomobilini səkidə idarə edən sürücü həbs olunub.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Səbail rayonunda piyadaların hərəkətinə təhlükə yaradan “Mercedes” markalı, “90-OT-408” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cahangir Bəhlul oğlu Ağayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.
Kopyalandı
Seçilmişlər