Pleyeri seçin:
Binəqədidə bir neçə evdən oğurluq edildi | DİN məlumat yaydı
Binəqədi rayonunun Goradil və Fatmayı bağlar massivində yerləşən 7 evdən oğurluq edilib.
Rayon polis idarəsinin 43-cü Polis Bölməsinə müraciət edən zərərçəkənlər mənzillərdən və həyətyanı sahələrdən məişət əşyalarının oğurlandığını bildiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, həyata keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Ceyhun Verdiyev saxlanılıb.
Araşdırmalarla onun usta kimi işlədiyi daha bir mənzildən də təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.
Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Kopyalandı
#Binəqədi teqi istifadə olunub
- Binəqədidə yeni təmir olunan bağça niyə istifadəyə verilmir?
- Binəqədidə qanlı dava | Müştəri kafe sahibini bıçaqladı
- Binəqədidəki faciəvi partlayışdan təcili xəbər | Məhkəmədə barışıq əldə olundu, yoxsa...?
- Binəqədidə baş verən dəhşətli qəza ilə bağlı təcili xəbər
- Binəqədi sakinlərini şadlıq sarayından çıxan tüstü təngə gətirdi
