Pleyeri seçin:

Balakənin sabiq icra başçısının cinayət əməlləri ifşa olunub

15 dekabr 2025 586 baxış

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısı ilə bağlı məlumat yayıb.

Bildirilib ki, DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş İslam Vahid oğlu Rzayevin həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə əsaslı şübhələr yaranıb.

Müəyyən olunub ki, İslam Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərdiyi dövrdə dövlət büdcəsindən işsiz və aztəminatlı şəxslərə, rayon ərazisində təmir-tikinti və abadlıq-quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəyib, belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil etməyib, eləcə də vəzifəli şəxslərdən və iş adamlarından rüşvət alıb.

Faktla bağlı DTX-nin İstintaq Baş İdarəsində başlanılmış cinayət işi üzrə İslam Rzayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvətalma) maddələri ilə məsuliyyətə cəlb olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

XİN Azov dənizində həlak olan azərbaycanlılarla bağlı məlumat yaydı - 24 SAAT

XİN Azov dənizində həlak olan azərbaycanlılarla bağlı məlumat yaydı - 24 SAAT

Hadisə
10 iyun 2026 586 baxış
Faciəvi şəkildə ölən qadının bacısı fəryad etdi | “Özü öz ayağı ilə gedib oraya...” - Baku TV

Faciəvi şəkildə ölən qadının bacısı fəryad etdi | “Özü öz ayağı ilə gedib oraya...” - Baku TV

Hadisə
09 iyun 2026 586 baxış
“Cinayəti bilib, gizlədib” | Məktəbdə ört-basdır edilən hadisə ifşa edildi - Baku TV

“Cinayəti bilib, gizlədib” | Məktəbdə ört-basdır edilən hadisə ifşa edildi - Baku TV

Hadisə
09 iyun 2026 586 baxış
"Qanı gördüm, dedilər ki..." | Sabunçudakı avtobus dayanacağında qandonduran hadisə - Baku TV

"Qanı gördüm, dedilər ki..." | Sabunçudakı avtobus dayanacağında qandonduran hadisə - Baku TV

Hadisə
09 iyun 2026 586 baxış
"Biri yerli-dibli tapılmadı" | Sel əhalinin gününü qaraltdı: "Maşınlar qalıb o tayda" - Baku TV

"Biri yerli-dibli tapılmadı" | Sel əhalinin gününü qaraltdı: "Maşınlar qalıb o tayda" - Baku TV

Hadisə
09 iyun 2026 586 baxış
Azovda həlak olan həmvətənlərimizlə bağlı yeni xəbər | XİN-dən məlumat - Baku TV CANLI

Azovda həlak olan həmvətənlərimizlə bağlı yeni xəbər | XİN-dən məlumat - Baku TV CANLI

Hadisə
09 iyun 2026 586 baxış
Masazırda söyüş söyüb, "Gelandewagen"i "Kia"ya çırpan sürücü barədə tədbir görüldü - Baku TV

Masazırda söyüş söyüb, "Gelandewagen"i "Kia"ya çırpan sürücü barədə tədbir görüldü - Baku TV

Hadisə
09 iyun 2026 586 baxış
Saatlıda toy karvanında avtoxuliqanlıq edən sürücülər saxlanıldı - Baku TV

Saatlıda toy karvanında avtoxuliqanlıq edən sürücülər saxlanıldı - Baku TV

Hadisə
09 iyun 2026 586 baxış
Ağdaşda qorxunc hadisə | "Düşüb oraya, yoldaşı gələndə görüb ki..." - Baku TV

Ağdaşda qorxunc hadisə | "Düşüb oraya, yoldaşı gələndə görüb ki..." - Baku TV

Hadisə
08 iyun 2026 586 baxış
Kameraya düşən təhlükəli anlar: Qırmızı işığı saymadı - 24 SAAT

Kameraya düşən təhlükəli anlar: Qırmızı işığı saymadı - 24 SAAT

Hadisə
08 iyun 2026 586 baxış
Seçilmişlər
icon