Pleyeri seçin:

Balakənin sabiq icra başçısı saxlanıldı | DTX əməliyyat görüntülərini yaydı - Baku TV

15 dekabr 2025 501 baxış

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısı ilə bağlı məlumat yayıb.

Bildirilib ki, DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş İslam Vahid oğlu Rzayevin həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə əsaslı şübhələr yaranıb.

Müəyyən olunub ki, İslam Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərdiyi dövrdə dövlət büdcəsindən işsiz və aztəminatlı şəxslərə, rayon ərazisində təmir-tikinti və abadlıq-quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəyib, belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil etməyib, eləcə də vəzifəli şəxslərdən və iş adamlarından rüşvət alıb.

Faktla bağlı DTX-nin İstintaq Baş İdarəsində başlanılmış cinayət işi üzrə İslam Rzayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvətalma) maddələri ilə məsuliyyətə cəlb olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Banner
Sumqayıtda tələbə faciəsi | Dalğıclar gəncin meyitini harada aşkarladılar? - Baku TV CANLI

Sumqayıtda tələbə faciəsi | Dalğıclar gəncin meyitini harada aşkarladılar? - Baku TV CANLI

Hadisə
25 noyabr 2026 28 baxış
Mənzillər və bahalı avtomobillər | İslam Rzayev məhkəmə qarşısına çıxır - Baku TV

Mənzillər və bahalı avtomobillər | İslam Rzayev məhkəmə qarşısına çıxır - Baku TV

Hadisə
25 noyabr 2026 42 baxış
“Dedi ki, anamı burax, bıçağı qapdı” - Hacıqabulda dəhşət: kürəkən qayınatanı öldürdü? - Baku TV

“Dedi ki, anamı burax, bıçağı qapdı” - Hacıqabulda dəhşət: kürəkən qayınatanı öldürdü? - Baku TV

Hadisə
25 noyabr 2026 93 baxış
Zaqatalada meşəlik ərazidə itən kişinin axtarışları davam edir - Baku TV CANLI

Zaqatalada meşəlik ərazidə itən kişinin axtarışları davam edir - Baku TV CANLI

Hadisə
25 noyabr 2026 84 baxış
“Giləzi-Quşçuluq”la bağlı sensasiya yaradan xəbər | Nələr ifşa olundu? - Baku TV

“Giləzi-Quşçuluq”la bağlı sensasiya yaradan xəbər | Nələr ifşa olundu? - Baku TV

Hadisə
25 noyabr 2026 114 baxış
Gədəbəy rayon sakini Şəmkirdə ölü tapılıb - 24 SAAT

Gədəbəy rayon sakini Şəmkirdə ölü tapılıb - 24 SAAT

Hadisə
24 noyabr 2026 96 baxış
Su xəttində sızma, yolda sürüşmə | Yuxarı Ağcakənd sakinləri problemlərlə üz-üzə qalıb - Baku TV

Su xəttində sızma, yolda sürüşmə | Yuxarı Ağcakənd sakinləri problemlərlə üz-üzə qalıb - Baku TV

Hadisə
24 noyabr 2026 228 baxış
Şəmkirdə üzərində xəsarətlər olan kişi meyiti tapılıb - Baku TV

Şəmkirdə üzərində xəsarətlər olan kişi meyiti tapılıb - Baku TV

Hadisə
24 noyabr 2026 228 baxış
Şəmkirdə evin bünövrəsinə qədər gedən çökmənin səbəbi nədir? - Baku TV CANLI

Şəmkirdə evin bünövrəsinə qədər gedən çökmənin səbəbi nədir? - Baku TV CANLI

Hadisə
24 noyabr 2026 129 baxış
Sonu qanla bitən məclis | Məhkəmədə hansı detallar açıldı? - Baku TV

Sonu qanla bitən məclis | Məhkəmədə hansı detallar açıldı? - Baku TV

Hadisə
24 noyabr 2026 108 baxış
Seçilmişlər
icon