Pleyeri seçin:

Kəngərlilər nəslinə məxsus evdən növbəti oğurluq | Detallar açıqlandı

20 iyun 2024 684 baxış

Azərbaycanda məşhur Kəngərlilər nəslinə məxsus evlərdən birindən yenidən oğurluq edilib.

Oğurluq hadisəsi Gülşən Əliyeva-Kəngərliyə məxsus evdən edilib.

Onun Pirşağı qəsəbəsindəki villasında olan çantadan Aybəniz Əliyevanın baxıcısı olan 36 yaşlı Təhməzova soyadlı şəxsin 19 300 manat pul oğurladığı məlum olub.

Qeyd edək ki, Aybəniz Əliyeva Gülşən Əliyeva-Kəngərlinin anasıdır.

Polis əməkdaşlarının saxladığı Təhməzova barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb, baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmə iclasında Təhməzova törətdiyi cinayəti etiraf edərək əməlindən peşman olduğunu və oğurladığı pulları geri qaytardığını bildirib.

Araşdırmalarla məlum olub ki, Təhməzova həmin pulun böyük hissəsini yaxın münasibətdə olduğu bir şəxsə verib. İşin üstü açıldıqdan sonra isə bütün pulları geri qaytarıb.

Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsi, peşmanlıq hissi duyması, dəymiş zərəri ödəməsi və qarşı tərəfin şikayətini geri götürməsini nəzərə alaraq ona həbslə bağlı olmayan cəza verib. 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına layiq görülən Təhməzovaya polis nəzarətində olmaqla elektron qolbaq tətbiq edilib.

Qeyd edək ki, Aybəniz Əliyeva-Kəngərli bir müddət AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsində işləyib. Onlar məşhur Kəngərlilər nəslindəndirlər.

Xatırladaq ki, bir neçə il əvvəl ailənin Nəsimi rayonunda yaşadığı evdən də xidmətçi 536 min ABŞ dolları, 143 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Həmin vaxt xadimə və onun tanışı barəsində də cinayət işi açılıb və hər iki şəxs həbs edilib.

Bakının Xətai rayonunda güclü yanğın baş verib - Baku TV

Bakının Xətai rayonunda güclü yanğın baş verib - Baku TV

Hadisə
09 avqust 2026 684 baxış
Xətai rayonunda dəhşətli yanğın | FHN qüvvələri hadisə yerində - Baku TV CANLI

Xətai rayonunda dəhşətli yanğın | FHN qüvvələri hadisə yerində - Baku TV CANLI

Hadisə
09 avqust 2026 684 baxış
Sumqayıtda binada yanğın | Sakinlər təxliyə edildi - Baku TV CANLI

Sumqayıtda binada yanğın | Sakinlər təxliyə edildi - Baku TV CANLI

Hadisə
09 avqust 2026 684 baxış
Qalmaqallı prosesin detalları | Səfərbərlik Xidmətinin əməkdaşları nədə ittiham olunurlar? - Baku TV

Qalmaqallı prosesin detalları | Səfərbərlik Xidmətinin əməkdaşları nədə ittiham olunurlar? - Baku TV

Hadisə
09 avqust 2026 684 baxış
Toy mahnısı ilə əməliyyat edən həkimə görə təcili tədbir | Baku TV çəkdi, nazirlik hərəkətə keçdi

Toy mahnısı ilə əməliyyat edən həkimə görə təcili tədbir | Baku TV çəkdi, nazirlik hərəkətə keçdi

Hadisə
08 avqust 2026 684 baxış
Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Hadisə
08 avqust 2026 684 baxış
İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

Hadisə
08 avqust 2026 684 baxış
Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Hadisə
08 avqust 2026 684 baxış
Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Hadisə
08 avqust 2026 684 baxış
Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Hadisə
07 avqust 2026 684 baxış
Seçilmişlər
icon