Pleyeri seçin:

Kibercinayətkarlardan görünməmiş əməllər | DTX-dən təcili əməliyyat

14 iyul 2025 521 baxış

Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan vətəndaşı Nihad Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

“Darknet” tipli internet resursunun yaradılması və idarə edilməsi, orada fərdi məlumatların, qanunla paylaşılması qadağan olunan sair məlumatların satışı ilə məşğul olan Nihad Hacıyev DTX-nin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər zamanı ifşa edilmiş kibercinayətkar qrupun üzvlərindən biri kimi həbs olunub.

Belə ki, o, əlaqədə olduğu digər şəxslərlə birgə “xeberoxu.az” və digər informasiya portallarına kiberhücumlar təşkil edib, qeyd olunan saytın idarəetməsini ələ keçirərək xəbərlərin məzmununu dəyişdirib, “Çarxla Qazan.apk”, “Paypal.apk” və s. adlı tərkibində zərərli kodlar olan mobil tətbiqləri insanların mobil telefonlarına yükləməklə onların şəxsi məlumatlarını qanunsuz ələ keçirib.

Nihad Hacıyev həmçinin Azərbaycanda fəaliyyət göstərən bir sıra şirkətlərin və qurumların rəsmi internet səhifələrinə bənzər “domen”lər əldə edib saxta saytlar yaradaraq onları həqiqi internet səhifələri kimi sosial şəbəkələrdə təqdim edib, endirim kampaniyaları adı altında istifadəçilərin fərdi məlumatlarını kütləvi ələ keçirib.

Diqqətçəkən məqam ondan ibarətdir ki, dəstə üzvləri həmçinin digər insanlara və şirkətlərə məxsus istənilən mobil nömrəni təqlid edərək aldadıcı zəng etmək imkanı verən “Call Spoofing” kiberhücum alətlərini istifadə etməklə zənglər edib, şirkətlərin adından insanlara saxta SMS-lər göndərərək onları aldatmağa nail olub, belə onlayn xidmətlərin satışını da təşkil ediblər.

Məhkəmə Nihad Hacıyev barəsində həbs qətimkan tədbirini ilkin olaraq 3 ay müddətinə müəyyən edib.

Kopyalandı
Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Hadisə
08 avqust 2026 521 baxış
İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

Hadisə
08 avqust 2026 521 baxış
Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Hadisə
08 avqust 2026 521 baxış
Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Hadisə
08 avqust 2026 521 baxış
Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Hadisə
07 avqust 2026 521 baxış
Laçında baş verən yanğın FHN əməkdaşları tərəfindən söndürülüb - Baku TV

Laçında baş verən yanğın FHN əməkdaşları tərəfindən söndürülüb - Baku TV

Hadisə
07 avqust 2026 521 baxış
Tovuzda 28 yaşlı gənc bibisinin həyatına son qoydu - 24 SAAT

Tovuzda 28 yaşlı gənc bibisinin həyatına son qoydu - 24 SAAT

Hadisə
07 avqust 2026 521 baxış
Rüşvət almaqda ittiham olunan şəxslər məhkəmədə - ANA XƏBƏR

Rüşvət almaqda ittiham olunan şəxslər məhkəmədə - ANA XƏBƏR

Hadisə
07 avqust 2026 521 baxış
Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslərin əməlləri üzə çıxdı - Baku TV

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslərin əməlləri üzə çıxdı - Baku TV

Hadisə
07 avqust 2026 521 baxış
Məşhur tiktoker "Arzum"un növbəti məhkəməsi keçirildi - Baku TV CANLI

Məşhur tiktoker "Arzum"un növbəti məhkəməsi keçirildi - Baku TV CANLI

Hadisə
07 avqust 2026 521 baxış
Seçilmişlər
icon