Hadisə
Pleyeri seçin:
Küçənin ortasında polisi əzmək istədi: Saxla əmrinə tabe olmayan sürücü
Paytaxtın Babək prospekti istiqamətində davamlı olaraq qayda pozuntuları edən sürücü Nicat Həsənliyə “saxla” əmri verilməsinə baxmayaraq, ətrafdakı insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan yol hərəkəti qaydalarını və ictimaiyyət əleyhinə olan qaydaları açıq şəkildə pozduğu üçün o saxlanılıb.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.
“Şəxs ərazi aidiyyəti üzrə 23-cü Polis Bölməsinə təhvil verilib. Onun barəsində toplanmış material isə hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək”, – o bildirib.
Kopyalandı
Seçilmişlər