Hadisə
Pleyeri seçin:
Kütləvi dava zamanı 2 nəfəri qətlə yetirən şəxslər hakim qarşısına çıxarıldı
Bakıda kütləvi dava zamanı 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmənin istintaqı yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fariz Rzayev təqsirləndirilən şəxslərdən Rauf Hüseynov və Ceyhun İsayevin ömürlük, Ramin İsayevin isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt verilməsini xahiş ediblər. Məhkəmənin növbəti iclası yanvarın 31-nə təyin olunub.
Qeyd edək ki, hadisə 2023-cü ilin fevralında baş verib. Kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib. Mərhum İlkin Rzayev keçmiş polis əməkdaşı olub.
Kopyalandı
Seçilmişlər