Pleyeri seçin:
Lənkəranda avtomobil dərəyə aşdı | Ölən və yaralananlar var
Lənkəran-Lerik yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə magistral yolun 50-ci km-də “Veləçola” adlanan ərazidə qeydə alınıb.
Qəza zamanı Lerik rayon sakini Xalid Eyvazovun idarə etdiyi “Toyota” markalı avtomobil yoldan çıxaraq təqribən 600-700 metr hündürlükdən dərəyə aşıb. Nəticədə avtomobildə olan sərnişin İsmayıllı rayon sakini 65 yaşlı Telman Bağırov dünyasını dəyişib. Sürücü və digər sərnişin – Lerik rayon sakini Rahil Hüseynov isə xəsarət alıb.
İlkin məlumata görə, hadisəyə səbəb yolun qarlı və buzlu olmasıdır.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Lənkəran teqi istifadə olunub
- Azad Mirzəcanzadə inkişaf proqramı tərəfindən dəstəklənən tədbir - Baku TV
- "Burada hətta 1 metr enində ..." | Lənkəranda "itmiş meşə" üzə çıxdı
- “Burada qalırdılar, vaqonda da yanıblar” | Müəmmalı hadisədə ölən şəxslər kimlərdir?
- Lənkəranda zibilxanadan meyitlər tapıldı
- Sakinlər öz evlərinə görün necə girməli olurlar | “Qonşu buranı tutub, 7 ildir deyirlər ki...”
