Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Lənkəranda avtomobil yas mərasimindən qayıdan nənə və nəvələrini vurub. Nəticədə azyaşlılardan biri dünyasını dəyişib.
Hadisə iyunun 12-də axşam saatlarında rayonun Yuxarı Nüvədi kəndi ərazisində baş verib.
Kənd sakini 36 yaşlı Sultan Quliyev avtomobillə hərəkətdə olarkən yol kənarında dayanan digər avtomobillə toqquşduqdan sonra idarəetməni itirib və 3 nəfər piyadanı – 3 yaşlı Duyğu Məmmədlini, 5 yaşlı Uğur Məmmədlini və nənələri 56 yaşlı Mərziyyə Ağaliyevanı vurub.
Hər 3 yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 3 yaşlı Duyğunun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, nənə nəvələri ilə yaxınlarının yas mərasimindən qayıdırmış. 3 yaşlı uşağın meyiti aidiyyəti üzrə təhvil verilib. Hadisəni törədən sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
#Lənkəran teqi istifadə olunub
- Azad Mirzəcanzadə inkişaf proqramı tərəfindən dəstəklənən tədbir - Baku TV
- "Burada hətta 1 metr enində ..." | Lənkəranda "itmiş meşə" üzə çıxdı
- “Burada qalırdılar, vaqonda da yanıblar” | Müəmmalı hadisədə ölən şəxslər kimlərdir?
- Lənkəranda zibilxanadan meyitlər tapıldı
- Sakinlər öz evlərinə görün necə girməli olurlar | “Qonşu buranı tutub, 7 ildir deyirlər ki...”
