Lənkəranda turist avtobusunun düşdüyü ağır qəzada direktor öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Hirkan-Daştatürk-Biləsər avtomobil yolunda, Xanbulan kəndi ərazisində qeydə alınıb.
Ramiz Məmmədovun idarə etdiyi “Nissan” markalı minik avtomobili turistləri daşıyan iritutumlu avtobusla toqquşub. Nəticədə “Nissan”ın sürücüsü və maşında sərnişin qismində olan 66 yaşlı Tahir Zülfüqarov və 72 yaşlı Şakir Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Qəzada ağır yaralanan məktəb direktoru Ramiz Məmmədov Masallı rayonundakı özəl xəstəxanaların birinə göndərilib. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, R.Məmmədov Lənkəran rayonunun Liman şəhərində 2 saylı məktəbin direktoru idi. Ş.Həbibov Lənkəran Dövlət Universitetinin riyaziyyat kafedrasının müəllimi, T. Zülfüqarov isə Lənkəran Dövlət Universitetində inzibati işdə çalışır. Müəllimlər vaxtilə dərs dedikləri Lənkəran şəhər 3 saylı məktəbin məzunlarının 30 illiyinə gedərkən qəzaya düşüblər. Turist avtobusunda olanlardan xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
#Lənkəran teqi istifadə olunub
- “Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV
- “Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV
- Fermerlər çətin vəziyyətdə | Lənkəranda meyvə bağlarına ciddi ziyan vuran hadisə - Baku TV CANLI
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
