Pleyeri seçin:
Lökbatanda tanışların mübahisəsi ölümlə bitdi
Martın 6-da saat 00:15-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Məzahir Bayramov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.
Kopyalandı
#Qaradağ rayonu teqi istifadə olunub
- Prezidenti Qaradağda “Matanat-A” şirkətinin “AZWOOL” mineral daş yunu zavodunun açılışında
- Qazla işləyən avtomobillər hansı halda təhlükəlidir?
- Bakıda avtomobildə qorxulu partlayış baş verdi
- Arvadını gölün qırağında amansızlıqla öldürən kişi | “Qonşu evimizə gələndən sonra...”
- Bakıda dəhşətə gətirən hadisə | 16 yaşlı qızın valideynlərinin əməli ifşa olundu!
