Pleyeri seçin:

Arvadını gölün qırağında amansızlıqla öldürən kişi | “Qonşu evimizə gələndən sonra...”

18 oktyabr 2025 523 baxış

Bakının Qaradağ rayonu ərazisində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Rəşad Tağıyevin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra sübutların ardıcıllığı üzrə təqsirləndirilən şəxsin ifadəsi dinlənilib. Rəşad Tağıyev ifadəsində hadisəni qısqanclıq zəmnində törətdiyini bildirib və özünü qismən təqsirli saydığını qeyd edib.

Rəşad Tağıyev ifadəsində onu da bildirib ki, hər şey qonşuluqda yaşayan qadının onların evinə gələrək Rəşadın həyat yoldaşı Sevincin onunla getməsini istəməsindən sonra olub. O isə buna icazə verməyib. Bir qədər sonra həmin qadının qızı onların evinə gələrək anasının hara getdiyindən Sevincin məlumatlı olduğunu Rəşada deyib.

Rəşad Tağıyev yoldaşının bu hərəkətindən hiddətlənərək evdən bıçaq götürərək həyat yoldaşı Sevinc Hüseynovanı yaxınlıqdakı gölün kənarına aparıb. Orada qadına bıçaqla zərbə vurduqdan sonra onu əlləri ilə boğaraq öldürüb. Daha sonra gödəkçəsini meyitin üzərinə örtərək hadisə yerindən uzaqlaşıb.

Qeyd edək ki, hadisə iyunun 30-da gecə saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsində, “Massiv 1” adlanan ərazidə baş verib. Məlumata görə, Rəşad Tofiq oğlu Tağıyev aralarında yaranan mübahisə zamanı 36 yaşlı həyat yoldaşı Sevinc İnşallah qızı Hüseynovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək onu qəsdən öldürüb. Sevinc Hüseynovanın meyiti qəsəbə ərazisindəki gölün kənarında aşkar olunub.

Rəşad Tağıyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldümə) maddəsi ilə ittiham irəli sürülüb.

Masazırda baş verən qəza 3 yaşlı uşağın ölümü ilə nəticələndi - Baku TV

Masazırda baş verən qəza 3 yaşlı uşağın ölümü ilə nəticələndi - Baku TV

Hadisə
20 iyun 2026 523 baxış
Bulvarda təhlükəli anlar | FHN vətəndaşı belə xilas etdi - Baku TV

Bulvarda təhlükəli anlar | FHN vətəndaşı belə xilas etdi - Baku TV

Hadisə
20 iyun 2026 523 baxış
Moskvada PUA hücumu zamanı yaralanan şəxsin atası danışdı - Baku TV

Moskvada PUA hücumu zamanı yaralanan şəxsin atası danışdı - Baku TV

Hadisə
20 iyun 2026 523 baxış
Cəlilabadda iş zamanı faciə - Baku TV

Cəlilabadda iş zamanı faciə - Baku TV

Hadisə
19 iyun 2026 523 baxış
Məhkəmə zərərçəkmişlərin vəsatətlərini təmin etməyib - Baku TV

Məhkəmə zərərçəkmişlərin vəsatətlərini təmin etməyib - Baku TV

Hadisə
18 iyun 2026 523 baxış
Tanınmış vəkil həyatını itirən qızı haqqında nələri danışdı - ANA XƏBƏR

Tanınmış vəkil həyatını itirən qızı haqqında nələri danışdı - ANA XƏBƏR

Hadisə
17 iyun 2026 523 baxış
17 yaşlı qızı faciəvi şəkildə ölən tanınmış vəkil danışdı | "Bəlkə də, qızım ölməzdi..." - Baku TV

17 yaşlı qızı faciəvi şəkildə ölən tanınmış vəkil danışdı | "Bəlkə də, qızım ölməzdi..." - Baku TV

Hadisə
17 iyun 2026 523 baxış
Quba və Şəkidə leysan yağışlar fəsadlara səbəb olub - Baku TV

Quba və Şəkidə leysan yağışlar fəsadlara səbəb olub - Baku TV

Hadisə
17 iyun 2026 523 baxış
11 il əvvəl törədilən cinayətin məhkəmə araşdırması yekunlaşıb - Baku TV

11 il əvvəl törədilən cinayətin məhkəmə araşdırması yekunlaşıb - Baku TV

Hadisə
17 iyun 2026 523 baxış
Tovuzda bədbəxt hadisə | "Ayağı sürüşüb çaya yıxıldı" - Baku TV

Tovuzda bədbəxt hadisə | "Ayağı sürüşüb çaya yıxıldı" - Baku TV

Hadisə
17 iyun 2026 523 baxış
Seçilmişlər
icon