Pleyeri seçin:

Lökbatandakı yanğın barədə FHN-dən açıqlama | 40 texnika və helikopterlər cəlb olundu - Baku TV

12 may 2026 327 baxış

Lökbatanda yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin 190 nəfər şəxsi heyəti, 40-a yaxın texnikası və 2 helikopter cəlb edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, yanğında xəsarət alan olmayıb.

T.Babayev bildirib ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində anbarda yanğın baş verməsi haqqında Fövqəladə Hallar Nazirliyinin 112 Qaynar xəttinə məlumat gələn kimi dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib, həmçinin Bakı Regional Mərkəzinin şəxsi heyəti hadisə yerinə yönləndirilib:

"Yanğının anbar ərazisində baş verməsi, hava şəraitinin küləkli olması nəzərə alınaraq yanğın yerinə əlavə qüvvələr cəlb olunub. Ümumilikdə 190 nəfər şəxsi heyət, 40-a yaxın müxtəlif təyinatlı yanğınsöndürmə texnikası cəlb olunub. Eləcə də 2 helikopter yanğının söndürülməsində iştirak edib.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Yanğına bitişik olan digər anbar tam olaraq mühafizə edilib. Anbarın daxilində söndürülmə işləri əməkdaşlar tərəfindən həyata keçirilir".

Traktor sürücüsü minalanmış əraziyə daxil oldu | ANAMA-dan vətəndaşlara çağırış - Baku TV CANLI

Traktor sürücüsü minalanmış əraziyə daxil oldu | ANAMA-dan vətəndaşlara çağırış - Baku TV CANLI

Hadisə
06 sentyabr 2026 327 baxış
Ağdamda mina partladı | Traktor sürücüsü xəsarət aldı - Baku TV

Ağdamda mina partladı | Traktor sürücüsü xəsarət aldı - Baku TV

Hadisə
06 sentyabr 2026 327 baxış
Naxçıvanda dəhşətli anlar | Ölən və yaralananların sayı açıqlandı - Baku TV CANLI

Naxçıvanda dəhşətli anlar | Ölən və yaralananların sayı açıqlandı - Baku TV CANLI

Hadisə
05 sentyabr 2026 327 baxış
Naxçıvanda dəhşətli qəza | Ölənlər və çox sayda yaralı var - Baku TV

Naxçıvanda dəhşətli qəza | Ölənlər və çox sayda yaralı var - Baku TV

Hadisə
05 sentyabr 2026 327 baxış
Ukraynada saxlanılan Gömrük Komitəsinin sabiq əməkdaşı Azərbaycana gətirilir - 24 SAAT

Ukraynada saxlanılan Gömrük Komitəsinin sabiq əməkdaşı Azərbaycana gətirilir - 24 SAAT

Hadisə
04 sentyabr 2026 327 baxış
Gömrük yoxlaması zamanı görün nələr üzə çıxdı - Baku TV CANLI

Gömrük yoxlaması zamanı görün nələr üzə çıxdı - Baku TV CANLI

Hadisə
04 sentyabr 2026 327 baxış
“Məktəblər açılana qədər həll edilməsə...” | Yasamalda qorxulu vəziyyət - Baku TV

“Məktəblər açılana qədər həll edilməsə...” | Yasamalda qorxulu vəziyyət - Baku TV

Hadisə
04 sentyabr 2026 327 baxış
Maştağada 2 nəfər neft kəmərindən oğurluğa cəhd etdi | Yanğın oldu - Baku TV

Maştağada 2 nəfər neft kəmərindən oğurluğa cəhd etdi | Yanğın oldu - Baku TV

Hadisə
03 sentyabr 2026 327 baxış
Gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanıldı

Gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanıldı

Hadisə
03 sentyabr 2026 327 baxış
Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanıldı - Baku TV

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanıldı - Baku TV

Hadisə
03 sentyabr 2026 327 baxış
Seçilmişlər
icon