Pleyeri seçin:

Masallıda ərə verildiyi iddia olunan 9-cu sinif şagirdi ilə bağlı DİN-dən açıqlama

26 may 2024 555 baxış

Masallı rayon Mahmudavar kənd ümumi orta məktəbin 9-cu sinif şagirdi olan yeniyetmə qızın 30 yaşlı şəxslə evləndiriləcəyi haqda sosial şəbəkələrdə xəbərlər yayılıb.

Həmin xəbərlərdə artıq 16 yaşlı yeniyetmənin toy tarixinin də müəyyənləşdirildiyi qeyd olunub. Məlumata görə, məktəbli qız buraxılış imtahanlarında yüksək nəticə göstərib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşı Tural Kərimov bildirib ki, toy məclisinin planlaşdırılması barədə 24 may tarixində sosial şəbəkələrdə paylaşılan məlumatlar barədə profilaktiki tədbirlər görülüb:

“Belə ki, 24 may saat 17:02-də Masallı rayonu üzrə təhsil sektoruna məlumat daxil olan kimi bu barədə yerli ərazi nümayəndəliyi və ərazi üzrə sahə müvəkkili məlumatlandırılıb. Həmçinin valideynlərlə müvafiq söhbət aparılaraq mövcud qanunvericiliyin tələblərindən irəli gələn məsələlər onlara izah edilib.

Sözügedən şagird cari tədris ilində həmin məktəbin 9-cu sinfində təhsil aldığı müddətdə müntəzəm olaraq dərslərə davam edib, davamiyyətində problem olmayıb. Məktəbdə özünü intizamlı şagird kimi aparıb, eyni zamanda buraxılış imtahanında da iştirak edib”.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, hər iki tərəf valideynləri ilə birlikdə Masallı Rayon Polis Şöbəsinə dəvət edilib:

“Digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə onlarla profilaktiki söhbətlər aparılıb. Bir daha nikah yaşına çatmamış şəxsə toy mərasiminin keçirilməsinin yolverilməzliyi izah edilib. Məsələ polis əməkdaşları tərəfindən nəzarətdə saxlanılır, araşdırma aparılır”.

Qeyd edək ki, 16 yaşlı, hələ yetkinlik yaşına çatmayan qız hazırda təhsilini davam etdirir və davamiyyəti nəzarət altındadır.

“Biri yerdə idi, qatarın üstündə...” | 15 yaşlı yeniyetmə dəhşət yaşadı - Baku TV

“Biri yerdə idi, qatarın üstündə...” | 15 yaşlı yeniyetmə dəhşət yaşadı - Baku TV

Hadisə
19 dekabr 2025 555 baxış
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti dənizdən çıxarıldı - Baku TV

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti dənizdən çıxarıldı - Baku TV

Hadisə
19 dekabr 2025 555 baxış
Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Hadisə
19 dekabr 2025 555 baxış
“Gördüm ki, cırmaqlayır, 2 dəqiqəyə öldü” | 22 yaşlı gəncin faciəvi sonu - Baku TV

“Gördüm ki, cırmaqlayır, 2 dəqiqəyə öldü” | 22 yaşlı gəncin faciəvi sonu - Baku TV

Hadisə
19 dekabr 2025 555 baxış
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı | FHN görüntülər yaydı - Baku TV

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı | FHN görüntülər yaydı - Baku TV

Hadisə
19 dekabr 2025 555 baxış
Dəhşət yaşayan hadisə şahidləri danışdı | Sumqayıtda restoranı alov bürüdü - Baku TV

Dəhşət yaşayan hadisə şahidləri danışdı | Sumqayıtda restoranı alov bürüdü - Baku TV

Hadisə
19 dekabr 2025 555 baxış
Naxçıvanda dəhşətli hadisə | Ahıl qadın xəsarət aldı - Baku TV

Naxçıvanda dəhşətli hadisə | Ahıl qadın xəsarət aldı - Baku TV

Hadisə
18 dekabr 2025 555 baxış
“Dedi ki, barışmaq istəyirəm, uşaqlar...” | 3 uşaq anasının qətli ilə bağlı şok detallar - Baku TV

“Dedi ki, barışmaq istəyirəm, uşaqlar...” | 3 uşaq anasının qətli ilə bağlı şok detallar - Baku TV

Hadisə
18 dekabr 2025 555 baxış
"Ən ağır cəza verilsin!” | Amansızlıqla öldürülən 3 uşaq anasının yaxınları fəryad etdi - Baku TV

"Ən ağır cəza verilsin!” | Amansızlıqla öldürülən 3 uşaq anasının yaxınları fəryad etdi - Baku TV

Hadisə
18 dekabr 2025 555 baxış
İntim əlaqə üçün nə etdilər? | Rusiyada törədilən qətllə bağlı etiraf - Baku TV

İntim əlaqə üçün nə etdilər? | Rusiyada törədilən qətllə bağlı etiraf - Baku TV

Hadisə
18 dekabr 2025 555 baxış
Seçilmişlər
icon