Pleyeri seçin:
Maşında 700 min var idi, 100 min oğurladı | DİN-dən hadisə barədə məlumat
Bakının Xəzər rayonunda xarici ölkələrdən birinin vətəndaşının 100.000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rüfət Bəkirov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalarla müəyyən olunub ki, R.Bəkirov zərərçəkənin sürücüsüdür. O, iyulun 25-də həmin şəxsin bağ evi almaq üçün avtomobildə saxladığı 700.000 manatın yüz minini talayaraq ələ keçirib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
Kopyalandı
#Xəzər rayonu teqi istifadə olunub
- "Autizmli uşağını dəfələrlə təhqir edib" | 216 nömrəli məktəbdə nə baş verir?
- Xəzər rayonunun şəhər xəstəxanasında travmatoloq problemi | "Yarım iş vahidində çalışır"
- Sərnişinlə dolu mikroavtobus maşınla toqquşdu | “İldə 4-5 ölüm hadisəsi olur bu yolda”
- İctimai yerdə etdikləri ilə gündəmi alt-üst edən qadınlar barədə təcili xəbər
- Xəzərdə dəhşətə gətirən qəza | FHN təcili hərəkətə keçdi
