Maştağada qandonduran hadisə | Özündən çıxan 21 yaşlı oğlan görün nə etdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayonunun Maştağa qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Hadisə Hüsü Hacıyev küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Məlumata görə, 1982-ci il təvəllüdlü Nüsrət Məmmədov atasının yaşadığı evə gəlib. Bu zaman evin qarşısındakı zibil torbasına görə bacısına irad bildirib və aralarında mübahisə yaranıb. Mübahisə zamanı qadının 21 yaşlı oğlu Zakir Məmmədov dayısının anasına qışqırmasına etiraz edib. Bundan sonra dayı ilə bacıoğlu arasında mübahisə əlbəyaxa davaya çevrilib.
İddialara görə, dava zamanı Zakir Məmmədov masanın üzərində olan mətbəx bıçağını götürərək dayısına üç zərbə endirib. Nüsrət Məmmədov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Zakir Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
#Sabunçu rayonu teqi istifadə olunub
- "Atırlar bir-birinin boynuna, həyət-baca su içindədir" | Ramana sakinləri çıxılmaz durumda - Baku TV
- Yeni Ramanada köhnə problem | Yarımçıq qalan iş yenidən narazılıq yaradıb - Baku TV
- “Bu cür havada yol keçilməzdir” - Yeni Ramanada köhnə problem: işlər niyə yarımçıq qaldı? - Baku TV
- TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI
- Yolu qısaltmaq cəhdi 3 nəfərə baha başa gəldi - Baku TV
