Pleyeri seçin:

Maştağada tükürpərdən hadisə | 3 il davam edən məhkəmədə nələr üzə çıxdı? - Baku TV

14 yanvar 2026 137 baxış

Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin sifarişini icra etməkdə təqsirləndirilənlər – Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin məhkəməsində vəkillər ilginc faktlar ortaya qoyublar.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda onların müdafiəçiləri Əzizə Seyidovanın ittiham olunduğu maddə üzrə təqsirinin sübuta yetirilmədiyini deyərək ibtidai istintaqda yol verilən yanlışlıqlardan danışıblar.

Əzizə Seyidovanın sifarişçi kimi ittiham olunduğuna rəğmən onun hansı məbləğə ərinin qətlini sifariş verdiyi məlum deyil. Müdafiəçilər bunu istintaqın yol verdiyi nöqsanlardan biri kimi qiymətləndirib.

Zərərçəkənin hüququ varisi isə vəkillərin ortaya qoyduqları arqumentlərə etirazını bildirərək məhkəmədən işə obyektiv qiymət verilməsini xahiş edib.

Müşavirədən sonra hökm elan edilərək Əzizə Seyidova 17 il, Mehdi Məmmədov 18 il 6 ay, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevin hər biri isə ayrı-ayrılıqda 17 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2023-cü il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini cəzalandırmaq istəyib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub. Əli Seyidli evinə daxil olmaq istədikdə Mehdi Məmmədli və dostları onun qarşısını kəsərək ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.

Onu da bildirək ki, məhkəmə istintaqı ərəfəsində təqsirləndirilənlər ibtidai istintaqa verdikləri ifadələrini dəyişərək qətlin Əzizə Seyidovanın sifarişi ilə deyil, Əli Seyidovla şəxsi münasibətləri zəminində törətdiklərini deyiblər.

Qubada bədbəxt hadisə | Bir ailənin 8 üzvü zəhərləndi - Baku TV

Qubada bədbəxt hadisə | Bir ailənin 8 üzvü zəhərləndi - Baku TV

Hadisə
09 fevral 2026 137 baxış
Bakıda şirniyyat mağazasında yanğın | FHN hərəkətə keçdi - Baku TV

Bakıda şirniyyat mağazasında yanğın | FHN hərəkətə keçdi - Baku TV

Hadisə
08 fevral 2026 137 baxış
Səbaildə oğurluq: Şübhəli bilinən şəxs saxlanıldı - Baku TV

Səbaildə oğurluq: Şübhəli bilinən şəxs saxlanıldı - Baku TV

Hadisə
08 fevral 2026 137 baxış
İsmayıllıda yanğın baş verdi | FHN hadisə yerində - Baku TV

İsmayıllıda yanğın baş verdi | FHN hadisə yerində - Baku TV

Hadisə
08 fevral 2026 137 baxış
İsmayıllıda yanğın baş verib | FHN hadisə yerində - Baku TV CANLI

İsmayıllıda yanğın baş verib | FHN hadisə yerində - Baku TV CANLI

Hadisə
08 fevral 2026 137 baxış
Sumqayıtda dəhşətli dəm qazı zəhərlənməsi | Bir ailənin 4 üzvü xəstəxanaya yerləşdirildi - Baku TV

Sumqayıtda dəhşətli dəm qazı zəhərlənməsi | Bir ailənin 4 üzvü xəstəxanaya yerləşdirildi - Baku TV

Hadisə
08 fevral 2026 137 baxış
Qohum evliliyindən doğulan, anadangəlmə xəstə qız vəfat edib | "Qisməti belə imiş" - Baku TV

Qohum evliliyindən doğulan, anadangəlmə xəstə qız vəfat edib | "Qisməti belə imiş" - Baku TV

Hadisə
08 fevral 2026 137 baxış
Əkiz körpələr nədən öldü? | Faciənin yaranma səbəbləri nədir? - Baku TV

Əkiz körpələr nədən öldü? | Faciənin yaranma səbəbləri nədir? - Baku TV

Hadisə
07 fevral 2026 137 baxış
Astarada torpaq sürüşməsi | Yolun bir hissəsi çökdü  - Baku TV

Astarada torpaq sürüşməsi | Yolun bir hissəsi çökdü - Baku TV

Hadisə
07 fevral 2026 137 baxış
Sumqayıtda məktəblilər arasındakı mübahisə davaya çevrildi - 24 SAAT

Sumqayıtda məktəblilər arasındakı mübahisə davaya çevrildi - 24 SAAT

Hadisə
07 fevral 2026 137 baxış
Seçilmişlər
icon